Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə (+994 12) 310 0113

Süleyman

Dadaşov

Müəlliminizi siz də tanıyın

sep-line
Süleyman Türkiyənin Antalya şəhərində Akdeniz universitetində Kompüter Mühəndisliyi ixtisası üzrə bakalavr təhsil alıb. Elə universitet illəri ərzində karyerasına giriş edən Süleyman mobile developer kimi frilans layihələrdə yer almışdır. Daha sonra karyerasında dəyişiklik edərək web development sahəsinə keçid etmiş və startaplarda front-end developer olaraq işləməyə başlamışdır. Süleyman Metablok Space şirkətində front-end developer, JIT Commerce LLC şirkətində full-stack developer olacaq şəkildə təcrübələrə sahibdir. Süleyman daha öncə Code Academy və Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən “Code for future” layihəsində müəllim kimi işləmişdir. Hal-hazırda İtaliya mərkəzli Geos Consult Srl şirkətində front-end developer və Aakdemiyamızda front-end tədrisi üzrə instruktor olaraq fəaliyyət göstərməkdədir.

Tədris etdiyi proqramlar

Fərdi

Full stack front-end

400

saat

|

Campus | Online Campus

Bu tədris proqramı fundamental HTML biliklərinin mənimsənilməsindən başlayaraq front-end ağırlıqlı texnologiyaları əhatə edir. Tədris proqramı həm yerli, həm də beynəlxalq təşkilatların istifadə etdiyi texnologiyaları özündə birləşdirir. Belə ki, front-end tədrisinin başlanğıcında HTML, CSS, JavaScript dilləri, daha sonra verilənlər bazası olaraq MongoDB sistemi izah edilir. Əlavə olaraq, full stack ağırlıqlı tədris olduğuna görə back-end texnologiyaları və […]​

sualın var?

gəl görüşək!

Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.