Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə (+994 12) 310 0113

Turxay

Məmmədov

Müəlliminizi siz də tanıyın

sep-line
Turxay bakalavr təhsilini 2017-ci ildə Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin Sənayə Mühəndisliyi ixtisası, magistr təhsilini isə 2019-cu ildə Küveytin Arab Open Universitetində Kompüter Elmləri ixtisası üzrə bitirmişdir. 4 ildən çoxdur ki, Software engineer kimi müxtəlif şirkətlərdə işləyən Turxay Ukraynanın Room 8 Studio və Limestone, Birləşmiş Krallığın River Island, Amerikanın Sentinel Systems, Amtrust Insurance şirkətlərində Senior .Net developer, Ukraynanın Pnn-Soft şirkətində isə WPF developer olaraq fəaliyyət göstərmişdir. Həmçinin, ERP, RMS, betting, gambling, gaming, reporting və başqa növ layihələrdə Senior .Net developer kimi də işləmişdir. Əlavə olaraq Turxayın AWS və Azure servislərindən S3, lambda functions və AppService, databaza olaraq isə Oracle, MsSQL və cloud-da MySQL ilə təcrübəsi olmuşdur. 30 iyul 2022-ci ildən etibarən isə akademiyamıza Proqramlaşdırma üzrə instruktor kimi fəaliyyətə başlamışdır.

Tədris etdiyi proqramlar

Fərdi

Full stack front-end

400

saat

|

Campus | Online Campus

Bu tədris proqramı fundamental HTML biliklərinin mənimsənilməsindən başlayaraq front-end ağırlıqlı texnologiyaları əhatə edir. Tədris proqramı həm yerli, həm də beynəlxalq təşkilatların istifadə etdiyi texnologiyaları özündə birləşdirir. Belə ki, front-end tədrisinin başlanğıcında HTML, CSS, JavaScript dilləri, daha sonra verilənlər bazası olaraq MongoDB sistemi izah edilir. Əlavə olaraq, full stack ağırlıqlı tədris olduğuna görə back-end texnologiyaları və […]​

sualın var?

gəl görüşək!

Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.