Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə (+994 12) 310 0113

Vüsal

Əzizov

Dizayn

Müəlliminizi siz də tanıyın

sep-line
Vüsal Əzizov – Qərb Universitetində Kompüter elmləri və dizayn ixtisası məzunu artıq 10 ildir ki, dizayn üzrə peşəkar iş təcrübəsinə malikdir. Əsas fokusu UX/UI dizayn olan Vüsal müəllim müxtəlif illərdə “DreamArt Creative Agency” və “Jeyhun Imanov Studio”da veb dizayner, daha sonralar “DGTL” şirkətində 2 il ərzində art direktor və “R.I.S.K” şirkətində UI dizayner kimi fəaliyyət göstərmişdir. 2018-ci ildən etibarən “PAŞA Bank”da işləyir və hal-hazırda dizayn komandasının rəhbəri vəzifəsindədir. “PAŞA Bank”da 2018-2021-ci illərdə nəzərdə tutulan bütün digital məhsulların hazırlanmasında özünün və komandasının bilavasitə rolu olmuşdur. Belə ki, bankın əsas biznes hədəflərindən biri olan transzaksiyaların onlayn kanallar üzərindən aparılmasında ölkədə birinci yerdə olmaq, müştərilərlə sıx ünsiyyətdə olaraq və digital məhsularda məhz “müştəri yönümlü” yanaşma tətbiq edərək istifadədə rahat alətlər təqdim etmək kimi hədəflərə uğurla çatmışdır. Eyni zamanda yerli mütəxəssislərdən ibarət böyük komanda formalaşdırmaq, gündəlik işdə “agile” yanaşmasını tətbiq edərək nəticə qazanmaq, komandanın bu yolda topladığı təcrübəsini bankdaxili və bankxarici paylaşmaq kimi nailiyyətlərə də imza atmışdır. Son illər ərzində dünyanın nəhəng şirkətləri olan “IBM”, “McKinsey”, “BCG” mütəxəssisləri ilə sıx əlaqədə olmuş və onların təcrübələrindən bəhrələnmişdir. Vüsal müəllim, həmçinin iş təcrübəsi ərzində böyük korporativ şirkətlər və tanınmış məhsullar üçün nəzərdə tutulmuş fərqli digital həllərin hazırlanmasında da iştirak etmişdir. 2019-2020-ci illər ərzində “Code Academy”də Qrafik və Veb Dizayn müəllimi olaraq fəaliyyət göstərmiş, hal-hazırda isə UX/UI dizayn tədris proqramının rəhbəri və müəllimi vəzifəsində yer almaqdadır.

Tədris etdiyi proqramlar

Fərdi

UX/UI Dizayn

240

saat

|

Campus

Hazırda dünyada tələb olunan sahələrdən biri kimi UX/UI Dizayn əsasən insanların gündəlik həyatında yaşadığı təcrübənin mükəmməlləşdirilməsi və rahatlaşdırılmasına yönəlib. Bu isə öz növbəsində ətrafımızda olan digital və ənənəvi məhsulların, xidmətlərin, həmçinin bizneslərin inkişafına birbaşa müsbət təsir deməkdir. UX/UI Dizaynerin əsas vəzifəsi istifadəçini hər zaman prosesin mərkəzində saxlayaraq onun bizneslə təmas nöqtələrini dərindən araşdırmaq, istifadəçinin qarşılaşdığı […]​

sualın var?

gəl görüşək!

Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.