Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə (+994 12) 310 0113

Zəhra

Mehdiyeva

Müəlliminizi siz də tanıyın

sep-line
Zəhra 2009-cu ildə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsində təhsil almağa başlamışdır. 3 il burada təhsil aldıqdan sonra “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Moskva Fizika-Texniki İnstitutunun Tətbiqi Riyaziyyat və İnformatika fakültəsinin bakalavr pilləsindən 2014-cü ildə məzun olmuşdur. Daha sonra Zəhra Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsi üzrə magistr təhsili almışdır. Kreativ sahə marağını daha çox cəlb etdiyindən, 2018-2019-cu illərdə Code Academy-nin “Qrafik və Veb dizayn” kursunu bitirdikdən sonra freelance olaraq, uşaqlar üçün nəzərdən tutulan “Wordy Train” tətbiqinin UX/UI dizayneri rolunda çıxış etmişdir. O, animasiyaya marağının daha çox olduğunu hiss edərək “2D Motion Dizayn” tədrisinə yazılmışdır. Tədrisini Şərəf diplomu ilə bitirdikdən sonra, mentor vəzifəsində işləməyə başlayan Zəhra bu müddət ərzində freelance Motion Designer kimi fəaliyyət göstərmişdir. Hal hazırda o, yerli proyektlərin biri ilə əməkdaşlığını davam etdirməklə yanaşı, Azərbaycan nağıllarının hərəkətli kitablarını hazırlamaqla məşğuldur. 10 dekabr tarixindən etibarən isə akademiyamıza 2D Motion Dizayn instruktoru olaraq qoşulmuşdur.

Tədris etdiyi proqramlar

Fərdi

2D Motion Dizayn

150

saat

|

Campus

2D Motion Dizayn – Qrafik elementlərin hərəkətləndirilmiş, yəni animasiya olunmuş formasıdır. Başqa sözlə, onun köməyi ilə qrafik elementlər hərəkətə gətirilir, statik dizayndan dinamik dizayna keçid edilir. 2D Motion Dizayn Qrafik Dizayn və Animasiyanı düzgün yollarla birləşdirərək yaradılan görüntü texnikasıdır. Bu texnika ilə vizual kontentləri canlandırmaq mümkündür. Artıq insanlar məlumatları oxumaqdansa, zövqlə, cəlbedici formada hazırlanmış animasiyaları […]​

sualın var?

gəl görüşək!

Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.