Bakalavr təhsilini Türkiyədə, magistr təhsilini isə İtaliyada tamamlayan Zamin 8 ildən çoxdur ki, rəqəmsal marketinq sahəsindədir. Bu müddət ərzində 5 fərqli ölkədə 200-dən çox şirkətə xidmət göstərib və ilk iş təcrübəsini Türkiyədə, Butik rəqəmsal agentlikdə qazanıb. Daha sonra isə Barselona şəhərində “DPoint Group” şirkətlər qrupunda, “Google Partner” olan Türkiyənin “Cornea Digital” agentliyində rəqəmsal marketinq mütəxəssisi olaraq işləyib. Bir müddət sonra təhsili ilə əlaqədar yenidən İtaliyaya qayıtmalı olub və uzaq məsafədən fəaliyyətini davam etdirib. Orada yaşadığı zaman “Bakcell”, “ASAN Xidmət”, “UNICEF Azerbaijan”, “AzərTürk Bank” və Avropanın bir sıra e-ticarət şirkətlərinin işlərini rəqəmsal sahədə inkişaf etdirmişdir. Daha sonra Maltanın “BD Electronics” şirkətində Marketinq mütəxəssisi olaraq fəaliyyətə başlamışdır. Ölkəyə qayıtdıqdan sonra “SR Group”da rəqəmsal marketinq şöbəsinin rəhbəri olub və hal-hazırda ölkənin aparıcı korporativ bankı hesab edilən “PAŞA Bank”da rəqəmsal marketinq üzrə baş mütəxəssisdir. 28 mart tarixindən etibarən isə akademiyamızda Digital Marketinq instruktoru olaraq fəaliyyətinə başlayıb.