Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə | Şəhər telefonlarından: +994125552525 | Mobil/Whatsapp: +994504442633

apa-holding-code-academy-strateji-sazis-imzaladi
"APA Holding" və "Code Academy" arasında strateji əməkdaşlıq haqqında saziş imzalanıb

Bu gün "APA Holding" və "Code Academy" arasında təcrübələrin qarşılıqlı mübadiləsinə əsaslanan strateji əməkdaşlıq haqqında saziş imzalanıb.  

APA-nın məlumatına görə, "Code Academy" direktoru Ülvi Aslanov Azərbaycanda nüfuzlu şirkətlərlə əməkdaşlıq etdiklərini bildirib. Ü. Aslanov media qurumları içərisində öncül yer tutan "APA Holding"lə əməkdaşlıqda maraqlı olduqlarını deyib: "Burada tələbələrə sadəcə, bir müddət dərs keçirilmir. Akademiya həftə ərzində fəaliyyət göstərir, tələbələr daim Akademiyanın texniki imkanlarından istifadə edə bilirlər". 

"APA Holding" vitse-prezidenti Arif Şəmistanlı deyib ki, "Code Academy" ilə əməkdaşlığın uğurlu olacağına əmindir: “Bizim əsas məqsədimiz innovativliyi qorumaqdır, "APA Holding"-in hədəfi daim inkişafdır. Bu Akademiya ilə əməkdaşlığın şirkətimizin əməkdaşlarının davamlı olaraq bilik və bacarıqlarının artmasına  imkan yaradacağına, əməkdaşlığın hər iki şirkət üçün uğurlu olacağına inanırıq". 

Daha sonra "Code Academy" direktoru Ü. Aslanov və "APA Holding" vitse-prezidenti A. Şəmistanlı strateji əməkdaşlıq sazişini imzalayıblar. 

Qeyd edək ki, 2015-ci ildə fəaliyyətə başlayan “Code Academy” texnologiya sahəsində bacarıqlı kadrlar hazırlayan tədris müəssisəsidir. Burada proqramlaşdırma, sistem adminstratorluğu, dizayn, digital marketinq, 3D modelləşdirmə kimi istiqamətlər üzrə fərdi və korporativ tədris proqramları həyata keçirilir. “Code Academy”nin tədris proqramları qlobal şirkətlərlə əməkdaşlıq əsasında hazırlanıb və həm Azərbaycanın, həm də xarici bazarın tələblərinə uyğun şəkildə təqdim edilərək bu günümüzün və gələcəyin bacarıqlarını özündə cəmləşdirən gənc professionallar yetişdirməyi hədəfləyir. İnformasiya texnologiyaları sahəsində 2016-cı ildən “Microsoft”la əməkdaşlığa başlayan “Code Academy” 2017-ci ildən etibarən mərkəzi İrlandiyada olan “Digital Marketing Institute”un Azərbaycan üzrə rəsmi partnyorudur.

 

CodeAcademy
haqqında nə düşünürlər

SUALINIZ VAR? GƏLİN GÖRÜŞƏK