Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə | Şəhər telefonlarından: +994125552525 | Mobil/Whatsapp: +994504442633

Zaur İsmayılov və Ülvi Aslanov saziş imzaladı
"Digital marketinq üzrə bütün yenilikləri Azərbaycanda da tətbiq etmək niyyətindəyik"

Digital marketinq sahəsindəki son yenilikləri tətbiq etmək üçün “Havas Media Azərbaycan” reklam agentliyi  ilə niyyət protokolu imzaladıq. Əməkdaşlığımız çərçivəsində ilkin olaraq agentlik işçilərinin təhsil mərkəzimizdə biliklərini artırmaları, tələbələrimizin isə agentlikdə təcrübə keçərək biliklərini möhkəmləndirmələri nəzərdə tutulur.

Protokolun imzalanma mərasimində çıxış edən Ülvi Aslanov, rəhbəri olduğu Code Academy haqqında məlumat verərək məqsədimizin digital texnologiyalar sahəsində qlobal bazarda da rəqabət apara biləcək kadrlar hazırlamaq olduğunu bildirdi. Bu əməkdaşlığın “Code Academy” üçün  çox önəmli olduğunu qeyd edən Aslanov, “Digital Marketing Institute (DMI) ilə rəsmi partnyorluq əsasında qlobal standartlara uyğun digital marketinq dərsləri tədris edirik. Tələbələrimizin aldığı təhsili tətbiq etmək üçün də ən uyğun yerlərdən biri, əlbəttə ki, qlobal reklam agentliyidir” dedi. Azərbaycanda fəaliyyət göstərən ən qabaqcıl agentliklərdən olan Havas Media-nın digital marketinqə xüsusi diqqət ayırmasının digər agentliklər üçün də örnək olacağını vurğulayan “Code Academy” rəhbəri bu əməkdaşlığın bütövlükdə sektorun inkişafına töhfə verəcəyinə inandığını da sözlərinə əlavə etdi.

İmza mərasimdə çıxış edən “Havas Media Azərbaycan”ın  icraçı direktoru Zaur İsmayılov agentliyin ötən illər ərzində reklam bazarında əldə etdiyi uğurlardan, həyata keçirdiyi layihələrdən danışdı. “Havas Media Azərbaycan 2009-cu ildən bu yana həm kreativ agentlik, həm də media satınalma şirkəti olaraq yerli reklam bazarının aparıcı oyunçularından biri kimi fəaliyyət göstərib. Bundan sonra həm də digital marketinq üzrə ciddi layihələr həyata keçirməyi hədəfləyirik” deyən İsmayılov bu istiqamətdə “Code Academy” ilə əməkdaşlığa başlamaqdan məmnun olduqlarını qeyd etdi. Zaur İsmayılov daha sonra “Artıq ənənəvi reklam və media kanalları ilə qarşıya qoyulan məqsədə tam olaraq çatmaq qeyri-mümkündür. Əvəzində digital marketinqin, sosial media kanallarının rolu get-gedə artmaqdadır” deyərək sözlərini belə davam etdirdi: “Biz də “Havas Media Azərbaycan” olaraq müştərilərimizə hər zaman innovativ və faydalı həll yolları təklif etdiyimizdən bu sahə üzrə qlobal trendləri yerli bazarda daha effektiv şəkildə tətbiq etməyi hədəfləmişik. Bu işdə biz “Havas” beynəlxalq şəbəkəsinin sosial media və proqramlaşdırma üzrə ixtisaslaşmış agentliklərinin təcrübələrindən və sırf digital media üzrə nəzərdə tutulan vasitələrindən faydalanırıq. Bu imkanımıza dəstək olaraq yerli məkanda digital marketinq və proqramlaşdırma üzrə peşəkar mütəxəssislərin hazırlanmasında önəmli işlər görən “Code Academy” ilə iş birliyimiz Azərbaycanda digital marketinqin dünya trendləri ilə ayaqlaşmasına hesablanıb”. Agentlik rəhbəri imzalanan niyyət protokolunun bu istiqamətdə atılan ilk addım olduğunu və gələcəkdə uğurlu töhfələr verəcəyinə böyük ümid bəslədiyini də vurğuladı.

 

 

CodeAcademy
haqqında nə düşünürlər

SUALINIZ VAR? GƏLİN GÖRÜŞƏK