Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə | Şəhər telefonlarından: +994125552525 | Mobil/Whatsapp: +994504442633

Dizaynerlərimiz UXAlive-da!
Dizaynerlərimiz UXAlive-da!

Qrafik və veb dizayn müəllimlərimizdən və mentorlarımızdan ibarət 6 nəfərlik komanda İstanbulda keçirilən mötəbər UXAlive konfransında iştirak etdilər. Onlardan biri konfransdan əvvəl keçirilən müsabiqədə qızıl bilet (gold ticket) udaraq tədbirə qoşulma haqqı qazandı.

İstanbul Fairmont Quasar Hoteldə keçirilən tədbirə dünyanın müxtəlif ölkələrindən spikerlər və iştirakçılar qoşuldular. Adobe, Google, IBM kimi qabaqcıl şirkət nümayəndələrinin çıxış etdiyi konfransda UX - istifadəçi təcrübəsi (User Experience), UX dizaynında verilənlərin (data) rolu, istifadəçi rahatlığı (usability), son texnologiyalar və trendlər müzakirə olundu. 3-4 May tarixlərində keçirilən konfransın ikinci günündə iştirakçılar qruplar halında xüsusi məşğələlərə qatılaraq öyrəndiklərini tətbiq etmə imkanı da əldə etdilər.

Konfransdan qayıdan dizaynerimiz Solmaz Rzayeva: “Təqdimatçılar bu sahənin ən yaxşıları idi. Onlar problemlərin həllində yeni praktikanı, beynəlxalq təcrübəni və ümumi məqamları qeyd etdilər. Günün sonunda aktiv iştirakçılara hədiyyələr verildi. Maraqlısı isə odur ki, 3 qalibdən ikisi biz olduq” deyərək təəsüratlarını bizimlə bölüşdü. İlk workshop-a komanda şəklində qoşulduqlarını qeyd edən Solmaz, “İkinci məşğələdə isə, hər birimiz ayrı-ayrı komandalarda iştirak edərək verilmiş xəyali problemlərə həllər təklif etdik və imitasiya tətbiqi yaratdıq” dedi.

Dizayn komandamızın üzvləri konfransda iştirak etməklə öyrəndikləri dünya praktikasını Code Academy-də də tətbiq edib, öyrədəcəklərini qeyd etdilər.

CodeAcademy
haqqında nə düşünürlər

SUALINIZ VAR? GƏLİN, GÖRÜŞƏK

Sualınız var?

Gəlin görüşək!

Formu dolduraraq qeydiyyatdan keçin, əməkdaşlarımız sizinlə qısa zamanda əlaqə saxlayacaq

Məsələn John Doe
Tədris proqramını seçin
  • Qrafik və Veb Dizayn
  • Digital Marketing
  • Proqramlaşdırma
  • Sistem Administratorluğu
  • MS Office
  • 3D Modelləşdirmə və Vizualizasiya