Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə | Şəhər telefonlarından: +994125552525 | Mobil/Whatsapp: +994504442633

Code Academy 3 illiyini qeyd etdi

Code Academy 3 illiyini qeyd etdi

Code Academy yeni tədris mərkəzinin rəsmi açılışı və fəaliyyətinin 3 illiyi münasibəti ilə xüsusi mərasim təşkil etdi. Akademiyanın yeni tədris mərkəzində keçirilən tədbirdə müxtəlif şirkətlərin və təşkilatların nümayəndələri iştirak etdilər.   3 iyul 2018-ci ildə baş tutan texnologiya tədbiri gözlənilmədən işıqların sönməsi nəticəsində şam işığında başlamalı oldu. Tədbiri giriş sözü ilə açan Code Academy-nin həmtəsisçisi və direktoru Ülvi Aslanov qonaqları salamlayaraq dəvəti qəbul edib gəldikləri üçün təşəkkür etdi. Sektorun ehtiyaclarına uyğun kadrlar yetişdirmək məqsədilə yaradılan Code Academy-nin əsas hədəfinin qlobal əmək bazarlarında rəqabət edə bilən peşəkarlar hazırlamaq olduğunu bildirən Aslanov, artıq bu istiqamətdə nəticələr əldə etdiklərini qeyd etdi. O, “Bu gün Code Academy məzunlarının bir sıra dövlət təşkilatlarında, yerli və xarici şirkətlərlərdə müxtəlif vəzifələrdə işlədiklərini görürük və bu bizi çox sevindirir. Təkcə son 6 ay ərzində 266 məzunumuz işlə təmin olunub” deyərək sözlərini davam etdirdi.     Ülvi Aslanov Code Academy-nin 2015-ci ildə 2 otaqdan ibarət kiçik bir sahədə 4 nəfər komanda ilə fəaliyyətə başladığını, hazırda isə 1000 kv.metrdən artıq sahədə yerləşən, xüsusi dizayn olunmuş və zəruri avadanlıqlarla təchiz olunmuş yeni tədris mərkəzində 50 nəfərdən artıq kollektivlə xidmət göstərdiyini qeyd etdi. “3 il əvvəl 18 nəfər tələbə ilə proqramlaşdırma tədrisi ilə fəaliyyətə başladıq. Bu gün isə, qrafik və veb dizayn, 3D dizayn, digital marketinq, sistem administratorluğu və MS Office proqramları da əlavə olunmaqla toplam 6 istiqamət üzrə peşəkar təhsil veririk” deyə Code Academy rəhbəri qonaqlara məlumat verdi.   Tədbirdə söz alan qonaqlar sürətlə inkişaf edən bütün əmək bazarlarında olduğu kimi Azərbaycanda da kadr çatışmazlığının aktual olduğunu vurğuladılar. Natiqlər Code Academy-nin təkcə böyük bir insan resursları boşluğunu doldurmaqla qalmayıb, həm də peşəkar tədris sahəsində standartları yüksəltdiyini qeyd etdilər.   Daha sonra akademiyanı gəzərək tədris prosesi ilə tanış olan qonaqlara məlumat verildi ki, Code Academy tələbələrinə daha keyfiyyətli təhsil vermək və onları beynəlxalq sertifikat imtahanlarına hazırlaşdırmaq məqsədi ilə tədris prosesini beynəlxalq standartlara uyğun şəkildə qurur. Akademiya bunun üçün bir sıra qlobal qurumlarla akademik əməkdaşlıq edir. Belə ki, Code Academy proqramlaşdırma, sistem administratorluğu və MS Office proqramları üzrə Microsoft Imagine Academy, 3D modelləşdirmə və vizualizasiya üzrə Autodesk Rəsmi Tədris Mərkəzi, digital marketinq üzrə isə Digital Marketing Institute-un Rəsmi Tədris Tərəfdaşı statusunu alıb.

03 iyul 2018

CodeAcademy
haqqında nə düşünürlər

SUALINIZ VAR? GƏLİN, GÖRÜŞƏK

Sualınız var?

Gəlin görüşək!

Formu dolduraraq qeydiyyatdan keçin, əməkdaşlarımız sizinlə qısa zamanda əlaqə saxlayacaq

Məsələn John Doe
Tədris proqramını seçin
  • Qrafik və Veb Dizayn
  • Digital Marketinq
  • Proqramlaşdırma
  • Sistem Administratorluğu
  • MS Office
  • 3D Modelləşdirmə və Vizualizasiya