Aida Babayeva

İnteryer Dizayner

İspaniya

Hekayəni paylaş:

Bu işə necə başlamısınız, necə qərar vermisiniz?

İqtisadiyyat üzrə təhsil almağıma baxmayaraq, hər zaman incəsənətə marağım olub. İllərlə hobbi olaraq foroqrafiya və illüstrasiya ilə məşğul olmuşam və tanınmışam. Daha sonra adminstrativ sahədə işlədiyim tikinti şirkətində demək olar ki, pillə-pillə irəliləmişəm. İlk öncə asistent, daha sonra dizayn kordinator və ən sonda interyer dizayner olaraq fəaliyyətə başlamışam. Lakin bununla da sərhədlənməyib, bu istiqamətdə təhsil almaq qərarına gəldim. Hazırladığım layihəylə “IED Barcelona” universitetində tam təqaüdlü master təhsili üçün qalib seçildim. 

Bu vəzifəyə yüksələnə qədər qarşılaşdığınız maneələr.

Bu yolda çətinliklər çox olsa da, hər zaman çalışqan və pozitiv olmuşam. Süni maneə yaratmaq istəyənlər çox olsa da, rəqabətdən uzaq olub, işimə fokus olmuşam. Ətrafımdakı gözəl insanların mənə olan köməyini və dəstəyini dəyərləndirmişəm.

Bir qadın kimi sizi ilhamlandıran məqamlar

Fotoqrafiya illərlə ən sevdiyim və məni hər zaman ilhamlandıran bir sahə olub. Məhz bu ilham ilə Bakıda və Barselonada da foto işlərimdən ibarət sərgilər keçirmişəm.

Qadınlara məsləhətiniz

Və təkcə qadınlara deyil, hər kəsə tövsiyə etmək istəyərdim ki, cəsur olun, amma çətinliklərə hazır olun. Siz təsəvvür etdiyinizdən daha çox güclüsüz. Rəqabət aparmayın, bacardığınız qədər digər insanlara kömək edin, təctübə və biliklərinizi paylaşın. Hətta sevdiyiniz işlə məşğul olaraq yaşamaq üçün əlinizdən gələni edin, öyrənmək heç zaman gec deyil. Və ən vacib tövsiyələrdən biri, əldə etdiyiniz uğurları kiçik görməyin, özünüzlə qürur duyun.