Çinarə Musayeva

Senior Associate – Data Scientist

PwC UK

Hekayəni paylaş:

Bu işə necə başlamısınız, necə qərar vermisiniz?

Mən həmişə riyaziyyatı çox sevmişəm və ixtisasımı seçərkən də karyeramı riyaziyyatın tətbiqi üzrə davam etdirmək istəmişəm. Deyə bilərəm ki, hal-hazırda çalışdığım sahədə mən buna nail olmuşam və hər gün data elmləri üzrə yeni araşdırmalar edərək biliklərimi artırıram.

Bu vəzifəyə yüksələnə qədər qarşılaşdığınız maneələr.

Bir qadın olaraq texniki sahə üzrə çalışarkən, bəzən təəssüflər olsun ki, əks cinsin üzvlərinə daha çox üstünlük verilir, və gender bərabərsizliyi ilə qarşılaşmış olursan. Düşünürəm ki, qadınlarımızın bu sahəyə daha çox yönəlməsi ilə bu kimi maneələr aradan qalxacaq və biz texniki sahələrdə daha çox qadın görəcəyik.

Bir qadın kimi sizi ilhamlandıran məqamlar

Daim inkişaf etmək istəyi, və həmişə öyrənməyə hazır olmaq məni bu yolda çox inkişaf etdirib. Bununla bərabər müstəqil olmaq, ayaqlarımın üstündə dura bilmək, komfort zonamdan çıxmaqdan qorxmamaq məni ilhamlandıran məqamlardandır. 

Qadınlara məsləhətiniz

Qadınlara ən birinci məsləhətim daim üzərlərində çalışmaqları, və heç bir maneənin iş həyatlarına təsir etməyinə icazə verməmələridir. Hər zaman özlərinə inansınlar, və digər insanların fikirləri ilə hərəkət etməkdən çəkinsinlər. Hər gün yeni biliklər əldə etsinlər, komfort zonadan çıxmaqdan çəkinməsinlər və çətinliklərdən qorxmasınlar.