Günel Hüseynova

Rəsm müəllimi, memar

Solar Art school

Hekayəni paylaş:

Bu işə necə başlamısınız, necə qərar vermisiniz?

Solar Art school – mənim uşaqlıq arzum idi. İncəsənətə sevgimi ailəmdən almışam. AzMİU-nun memarlıq fakültəsini fərqlənməylə bitirmişəm. Bəzi müəllimlər və professorlarda öyrətmə ehtirası görməyib, özümə deyirdim ki, “mən olsaydim belə etməzdim… belə başa salmazdım”. O zaman, bizdə rəsm kursları da az idi. Mən isə hər kəsin rəsm çəkə biləcəyinə inanırdım. Bu səbəbdən həm cəmiyyətə, həm də mənə faydalı olan, sevgi dolu bir iş açmaq qərarına gəldim. Düşünürəm ki, hər bir başlanğıcın təməli sevgi olmalıdır.

Bu vəzifəyə yüksələnə qədər qarşılaşdığınız maneələr.

Çətin olan məqam – başlamaq idi. 2020-ci il mənim ümümiyyərlə çox çətin oldu. Demək olar ki, feniks kimi yenidən dirçəldim. 10 ilə yaxın 9 saat ofis rejimində işləyən bir qadın kimi, düşündüm ki, “Günel, sən daha çoxuna layiqsən, düşündüyünnən daha çoxunu edə bilərsən”. Bir yandan da maddi problemlərlə qarşılaşırdım, o da ki, inandırım sizi zamanla düzələn problemdir. Çətinliklərlə çox üzləşdim, amma yaxınlarımın dəstəyi ilə, bacardım. 

Bir qadın kimi sizi ilhamlandıran məqamlar

Məni ilhamlandıran məqam – kursa gələn xanımların müsbət enerjiləridir, onların özgüvəniniin artdığını görmək çox sevindirici haldır. Simalarında təbəssüm görəndə, başa düşürəm ki, düzgün yoldayam. Onların hər birinin uğuru – mənim uğurumdur.

Qadınlara məsləhətiniz

Klişe kimi səslənə bilər, amma deyəcəm. “Özünüzü sevin. Özünüzə güvənin”. Qadın ki, özünə güvənir, nə istədiyini bilir, inandırım sizi yolun 50%-ni keçmiş sayılır. Düzdür, başlamaq, yaratmaq çətindir, amma inanın bacaracaqsınız.