Leyla Cabbarova

İctimaiyyətlə Əlaqələr və Marketinq meneceri

Fairmont Baku Flame Towers

Hekayəni paylaş:

Bu işə necə başlamısınız, necə qərar vermisiniz?

Uşaq vaxtı çox sevidiyim bir film var idi. Burada bir personaj Nyu Yorkun ən tanınmış PR meneceri və çox güclü qadın obrazında təqdim edilirdi. Dəbli geyimləri mənə həmişə çox cəlbedici gəlirdi və bu güclü qadın obrazından ilhamlanırdım. Bu gün bu arzum və təcrübələrim sayəsində Fairmont otelində ictimaiyyətlə əlaqələr və marketinq meneceri olaraq fəaliyyət göstərirəm.

Bu vəzifəyə yüksələnə qədər qarşılaşdığınız maneələr.

Beynəlxalq təcrübə qazanmaq üçün digər ölkələrdə qarşıma çıxan maneələrlə üz-üzə qalmaq karyera səyahətimin çətin tərəflərindən idi. Bu işi görə bilməzsən, artıq gecdir, çox təcrübəsizsən deyən işə götürənlərin sayı da çox idi. Ama bu məni ruhdan salmadı və bu gün həmin o təcrübəsiz, gecikmiş adlandırılan balaca qız, bir zamanlar bu sözü deyən insanlarla eyni vəzifəni yerinə yetirir.

Bir qadın kimi sizi ilhamlandıran məqamlar

Görduyüm, müşahidə etdiyim və həyatda çox böyük nəaliyyətələrə imza atmış, həyat balansını qoruyub saxlaya bilmiş uğurlu qadınların əhatəsində olmaq və gələcək nəsil qızlarımıza bir nümunə kimi göstərilmək məni çox xoşbəxt edir və ilhamlandırır.  

Qadınlara məsləhətiniz

Düzgün sevilmək istəyirsinizsə ilk öncə özünüzü sevməyi oyrənin Həyatda tək prioritetiniz heç kəsin köməyi və gücü olmadan öz ayaqlarınızın üstündə durmaq olsun. Həyatı istədiyiniz kimi yaşayıb sevgini, hörməti və dəyəri anlayan insalar ilə bölüşün. Özünüzü pis hiss etdiyiniz yerdən və mühitdən düşünmədən uzaqlaşdırın.