Nəzrin Ağarzayeva

Sahibkar və moda mütəxəssisi

STOCK Concept Store / NAVEEN Baku

Hekayəni paylaş:

Bu işə necə başlamısınız, necə qərar vermisiniz?

ABŞ-da orta təhsililimi tamamladıqdan sonra mən öz işimi qurmaq barədə düşünürdüm. Yenilikçi yanaşma mənə çox yaxındır, ona görə risk etməkdən çəkinmirəm. Universitetin 3-cü kursunda həm genetik mənə ötürülən, həm də uşaqlıqdan istədiyim moda sahəsinə daxil oldum. O zaman ilk kolleksiyamı hazırladım. 2019-cu ildə isə biznes partnyorlarımla birlikdə STOCK – yerli brendlərin konseptual mağazasının ilk filialını açdıq.

Bu vəzifəyə yüksələnə qədər qarşılaşdığınız maneələr.

Ən çox kommunikasiya formatı və artıq dünyada aktual olmayan, lakin cəmiyyətimizdə köklənmiş fikirlər və inanclar çətinliklər yaranırdı. Ətraf mühitin, çalışdığımız outsource mütəxəssislərin yeniliyə açıq olmaması işimizdə çətinliklər yaradırdı.

Bir qadın kimi sizi ilhamlandıran məqamlar

Gördüyüm işin faydalı olması. Ətrafı ilhamlandırmaq və insanlara faydalı olmaq. Gördüyüm işin digərlərinə motivasiya olması məni ilhamlandırır. Bu regionda yaşayan orta məktəb şagirdinin mənə dediyi xoş sözlər ola bilər, müxtəlif məkanlarda rastlaşdığım məni səhifədən tanıyan izləyici ola bilər, işləyən və ya ailəli xanım ola bilər. Çünki mənə görə özümüzdən sonra cəmiyyətə əmanət edəcəyimiz dəyərlər çox vacibdir.

Qadınlara məsləhətiniz

Həyatınızda ən çox dəyər verəcəyiniz insan ilk öncə özünüzsünüz. Özünüzə yatırım edin, zaman ayırın. Təhsil alın, araşdırın, təkmilləşin, daima öz üzərinizdə çalışın, həm professional, həm mənəvi, həm psixoloji. Bu akademik təhsil, peşə təhsili, professional təhsil, kurslar, terapiya, təcrübə və digər formalarda inkişaf yolları ola bilər.