Zümrüd Mirzəliyeva

Təsisçi, kreativ direktor

Zumrud Couture Atelier

Hekayəni paylaş:

Bu işə necə başlamısınız, necə qərar vermisiniz?

Hər şey sonda reallığa çevrilən bir xəyal ilə başladı – uşaqlıq və məktəb illərindən moda və onunla əlaqəli hər şeylə maraqlanırdım. Bu istiqamət üzrə 2 ali təhsil aldım, daha sonra atelyedə işə düzəldim. Zaman keçdikcə təcrübə qazanıb öz atelyemi açaraq moda brendimin əsasını qoydum. 

Bu vəzifəyə yüksələnə qədər qarşılaşdığınız maneələr.

Maneələr çox olsa da heç biri məni dayandıra bilmədi, əksinə, hər bir uğursuzluq məni daha da gücləndirdi, daha təcrübəli etdi, işimdə püxtələşdim. Əgər çətinliklərdən danışırıqsa, o zaman mən başlayanda hər şey yeni, anlaşılmaz və çox çətin görünürdü. Lakin zaman və təcrübə mənə çox şey öyrətdi, bu gün artıq heç bir çətinlikdən qorxmuram.

Bir qadın kimi sizi ilhamlandıran məqamlar

Bu gün təkcə işdə deyil, ümumiyyətlə həyatımda da əsas ilham mənbəyim oğlum Arifdir. Onun böyüdüyünü, işdən evə qayıdanda gülümsəməsini, sevindiyini gördükcə daha çox qurmaq və yaratmaq istəyirəm.

Qadınlara məsləhətiniz

Bəlkə kimin üçünsə verəcəyim məsləhətlər çox sadəlövh görünə bilər, amma öz arzularınıza doğru gedin. Bu o deməkdir ki, sizin qarşınıza çıxan maneələr olacaq, öz üzərinizdə işləyib inkişaf edəcəksiniz və daha da yaxşı və güclü olacaqsınız. Əmin olun ki, arzulara aparan yolla getmək xoşbəxtliyi əldə etməyin ən doğru yoludur.