
Talant
Mərkəzi
#TalantBurada
Fəaliyyətimiz

Talant Mərkəzi məzunların potensialına uyğun işlə təmin olunması üçün Code Academy-nin nəzdində yaradılan bir bölmədir. Arzuladıqları peşə üzrə işləmək istəyən tələbələr karyera yolunda irəliləyərkən qarşılaşdıqları çətinliklərlə və eyni zamanda iş axtarışı məsələləri ilə bağlı ehtiyac duyulduqda Talant Mərkəzindən dəstək ala bilərlər.
Talant Mərkəzinin xüsusiyyətləri:
- Təkbətək görüş əsasında karyera məsləhəti verir
- Sektorun ehtiyacına uyğun seminarlar təşkil edir
- Şəxsi portfolio-nun təşkilinə dəstək olur
- CV-nin hazırlanma mərhələsində köməklik göstərir
- Şirkətlər (rəhbərlər və HR mütəxəssisləri) ilə əlaqələr qurur
biz
nə edirik?

Təqdimat bacarığı
Tələbələr effektiv təqdimatın hazırlanması, təqdim edilməsi, səlis nitq bacarıqlarına yiyələnmənin nəzəri əsaslarını öyrənir. Beləcə, tələbələrimiz texniki və ixtisas biliklərindən əlavə təqdimat bacarıqlarına da yiyələnərək peşəkar kadr olaraq formalaşırlar.

CV hazırlanması
Talant Mərkəzində tələbələrimizin şəxsi inkişafı və gələcək iş həyatına hazırlığı kimi mühüm mövzularda təlimlər keçirilir. Uğurlu nümunələrin köməyi ilə yaxşı CV hazırlamağın yolları və müsahibəyə psixoloji, praktiki və görünüş (geyim) baxımından hazırlıqlardan bəhs olunur.

İntervyuya hazırlıq
Hər bir uğurun, görülən işin texniki tərəfi olduğu kimi, onun qarşıdakılara çatdırılma, təqdim olunma hissəsi var. Talant Mərkəzi iş müsahibəsinə dəvət alan tələbələrimizə müsahibələrdə özünə inamla iştirak edib, özünü düzgün şəkildə təqdim edərək, uğur qazanmaları üçün yaxından dəstək göstərir. Bədən dilini, fikrini ifadə etmə bacarığı, insanları yeni ideya və fikrə inandırma qabiliyyəti izah edilir.

Təqdimat bacarıqlarının aşılanması
Məqsəd tələbələrin tədris müddətində ancaq texniki biliklərini deyil, həm də ünsiyyət, təqdim etmə, karyera inkişafı üçün düzgün hədəf təyin etmə qabiliyyətlərini inkişaf etdirməkdir. Tədris müddətində Talant Mərkəzi tədrisdən sonrakı iş həyatında tələbələrə lazım olacaq texniki biliklərin və davranış, ünsiyyət qaydalarının formalaşması üçün hazırlıq təlimləri keçirir.

İş axtaranlar ilə
Code Academy-yə işçi ehtiyacı üçün müraciət edən şirkətlərə və şəxslərə tələbələrimiz haqda məlumat verərək, onları sahib olduqları keyfiyyətlərə uyğun iş müraciətlərinə yönəldirik.

İşlə təminatda köməklik
Arzuladıqları peşə üzrə işləmək istəyən tələbələr karyera yolunda irəliləyərkən qarşılaşdıqları çətinliklərlə və eyni zamanda iş axtarışı məsələləri ilə bağlı ehtiyac duyulduqda Talant Mərkəzindən dəstək ala bilərlər.
sualınız var?
gəlin görüşək!
Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin edin, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış olun.