Code Academy ADA universitetində təşkil olunmuş "Karyera yarmarkası"nda iştirak etdi

“ADA” Universitetinin Karyera Mərkəzinin təşəbbüsü ilə fevralın 27-dən martın 2-dək keçirilən altıncı “Karyera həftəsi”nin son günündə  “Karyera yarmarkası” keçirildi. Code Academy yarmarkada iştirak edərək universitet tələbələrinə akademiyada keçilən professional təhsillə bağlı məlumat verdi.

Code Academy-nin proqram məsləhətçisi Nərgiz Ramazanova və Karyera Mərkəzinin rəhbəri Leyla Surxayzadə tərəfindən təmsil olunduğu tədbirdə gənclərə professional karyeraya inamla başlamaq üçün tələb olunan bir sıra xüsusiyyətlər barədə məlumat verildi. 

Universitet tələbələri Code Academy stendinə böyük maraq göstərib təhsil mərkəzi haqqında, eləcə də burada keçilən tədris proqramları haqqında ətraflı məlumat əldə etdilər.