Sistem və şəbəkə şirkətlərin daxiil infrastrukturunu və bulud üzərində olan servislərini idarə edən sahədir. İstənilən yerdən, istənilən cihazdan şirkət işçilərinin və müştərilərin xidmətlərinə etibarlı və fasiləsiz girişini təmin etmək üçün lazımi infrastrukturları qura biləcəksiniz. Sektorda ən çox tələb olunan məhsul və texnologiyaları əhatə edən, mövcud, real həyat ssenarilərinə əsaslanan geniş məzmunlu tədrisə müraciət edərək sistem və şəbəkə sahəsinin arzuladığınız istiqamətində özünüzü inkişaf etdirə və gələcəyin sahələrindən birinə yiyələnə bilərsiniz.