200 saat
13 həftə
17 həftə
20 həftə
Code Academy-nin 3D Modelləşdirmə və Vizualizasiya təhsil proqramı sektorun ehtiyaclarını nəzərə alaraq hazırlanıb. Təhsilin 90%-i praktiki iş üzərində qurulmuşdur. Məqsəd sadəcə 3D modelləşdirmə və vizualizasiyanın incəliklərini öyrətmək deyil, eyni zamanda sektorun ehtiyaclarını professional şəkildə qarşılayacaq mütəxəssislər yetişdirməkdir. Code Academy-nin Zəmanətli Təhsil Modeli ilə hər bir tələbəyə təhsilini təkrarlama imkanı verilir. Mövzuların praktiki tətbiqinin dərhal həyata keçirilməsi üçün hər bir tələbə sinifdaxili kompüterlə təmin olunur. Proqramın sonunda buraxılış layihələrini başa vuran tələbələr karyeraya hazırlıq prosesini bitirməklə yanaşı, fərdi portfolio meydana gətirərək məzun olurlar.
Code Academy-nin 3D Modelləşdirmə və Vizualizasiya tədris proqramında iştirak etmək üçün memarlıq və incəsənət ixtisası üzrə ali təhsilli olmaq vacib deyil. Tədris proqramında iştirak etmək istəyənlərin ikiölçülü və üçölçülü modelləşdirmə və vizualizasiya texnologiyalarına maraqlı olmaları, bu sahədə öz biliklərini artırma istəklərinin və ya karyera qurma hədəflərinin olması gözlənilir.
Dizayn, memarlıq və vizualizasiya sahələrində öz karyeralarına başlayan və fəaliyyət göstərən insanları sektorun ehtiyaclarına uyğun bacarıqlara yiyələndirməkdir. Eyni zamanda maraqlanan şəxsləri gələcəyin texnologiyası olan 3D printing sahəsi ilə ətraflı tanış etmək, onları bu sahənin ortaya çıxardığı yeni fürsətlərdən faydalanma bacarıqlarına yiyələndirməkdir.