3D Modelləşdirmə və Vizualizasiya

#3DBurada

Niyə 3D Modelləşdirmə və Vizualizasiya?

Code Academy-nin 3D Modelləşdirmə və Vizualizasiya təhsil proqramı sektorun ehtiyacları nəzərə alınaraq hazırlanıb. Təhsilin 90%-i praktiki iş üzərində qurulmuşdur. Məqsəd sadəcə 3D Modelləşdirmə və Vizualizasiyanın incəliklərini öyrətmək deyil, eyni zamanda sektorun ehtiyaclarını professional şəkildə qarşılayacaq mütəxəssislər yetişdirməkdir.

Code Academy-nin Zəmanətli Təhsil Modeli ilə hər bir tələbəyə təhsilini təkrarlama imkanı verilir. Mövzuların praktiki tətbiqinin dərhal həyata keçirilməsi üçün hər bir tələbə sinifdaxili kompüterlə təmin olunur. Proqramın sonunda buraxılış layihələrini başa vuran tələbələr karyeraya hazırlıq prosesini bitirməklə yanaşı, fərdi portfolio meydana gətirərək məzun olurlar.

kimlər üçündür?

Code Academy-nin 3D Modelləşdirmə və Vizualizasiya tədris proqramında iştirak etmək üçün memarlıq və incəsənət ixtisası üzrə ali təhsilli olmaq vacib deyil. Tədris proqramında iştirak etmək istəyənlərin ikiölçülü və üçölçülü modelləşdirmə və vizualizasiya texnologiyalarına maraqlı olmaları, bu sahədə öz biliklərini artırma istəklərinin və ya karyera qurma hədəflərinin olması gözlənilir.

tədris

proqramı

Məqsədimiz dizayn, memarlıq və vizualizasiya sahələrində öz karyeralarına başlayan və fəaliyyət göstərən insanları sektorun ehtiyaclarına uyğun bacarıqlara yiyələndirməkdir. Eyni zamanda maraqlanan şəxsləri gələcəyin texnologiyası olan 3D printing sahəsi ilə ətraflı tanış etmək, onları bu sahənin ortaya çıxardığı yeni fürsətlərdən faydalanma bacarıqlarına yiyələndirməkdir.

  • AutoCAD faktiki olaraq hər sahədə istifadə olunan bir proqramdır. Bu, hər hansı bir çertyoj yaratmaq üçün vasitədir. Sadə cizgilərdən başlayaraq 3D modellərin qurulmasına qədər işləri yerinə yetirməyə imkan verir. Özəl villaların, biznes mərkəzlərinin, fabriklərin, zavodların və s. tikilməsi üçün universal bir vasitədir.

  • 3D AutoCAD hər hansı bir hissəni skan edərkən ən çox istifadə olunan vasitədir. Müxtəlif binaların elektrik və mexaniki layihələrini yaradarkən daha çox istifadə olunur. Fikirləri tərtib etməyə, anlayışları vizuallaşdırmağa və dizaynların real necə qurulacağını göstərməyə kömək edir.

  • 3D vizualizasiya, 3D proqramı istifadə edərək hər hansı bir bina və ya memarlıq layihəsi üçün qrafika yaratmaq və dizayn göstərmək prosesidir. Memarlıq, film və oyunlardan mühəndislik və istehsal sahələrinə qədər bir çox sənaye 3D vizualizasiyadan faydalanır.

  • 3D modelləşdirmə hazırda dünyanın ən populyar 3D istiqamətlərindən biridir. 3D printerlər üçün modelləşdirmədən oyunlar üçün 3D personajlarının modelləşdirilməsinə qədər istifadə dairəsi çox genişdir. 3D olmadan indi hər hansı bir təqdimatı təsəvvür etmək mümkün deyil.

  • Memarlıq animasiyası 3D-nin vacib bir seqmentidir. Bu üçölçülü bir məkanda görünən cisimlərdir. Modellərin və ya obyektlərin manipulyasiyası, onlara animasiya və ya hərəkət illüziyası verən şəkil ardıcıllığı 3D proqram çərçivəsində həyata keçirilir. 3D Animasiya həqiqi obyektlər kimi dönə və köçürülə bilər. Təqdimatların və reklamların yaradılmasında da animasiya böyük rol oynayır.

  • AutoCAD-ı öyrəndikdən sonra beynəlxalq imtahandan keçə və Autodesk-dən beynəlxalq sertifikat ala bilərsiniz. Bir neçə səviyyədən ibarət olan bu sertifikat dünya səviyyəsində yüksək qiymətləndirilir.

  • 3D modelləşdirmə çox yönlü 3D seqmentidir. Bütün 3D modelləri - düzgün modelləşdirmə və qrid topologiyasına əsaslanır. Obyektlərin yalnış modelləşdirilməsi gələcəkdə onunla işləməkdə çətinlik yaradacağı üçün düzgün modelləşdirməni öyrənmək vacibdir.

  • V-ray 3D animasiya səhnələrinin fotorealistik vizual görünməsi üçün güclü bir vasitədir. Bir cisim nə qədər düzgün şəkildə simulyasiya edilərsə və ya 3D mənzərənin necə qurulduğundan asılı olmayaraq, vizual olaraq da düzgün görünməlidir.

  • Adobe Photoshop şəkillərin sonradan işlənməsi, həmçinin tekstur yaratmaq və müxtəlif effektlər əlavə etmək üçün çox güclü bir məhsuldur. Adobe Photoshop-un əsas xüsusiyyətlərini bilmək 3D ilə işləmək üçün vacibdir.

  • Autodesk 3DS Max öyrəndikdən sonra beynəlxalq imtahandan keçə və Autodesk-dən beynəlxalq sertifikat ala bilərsiniz. Bir neçə səviyyədən ibarət olan bu sertifikat dünya səviyyəsində yüksək qiymətləndirilir. Beynəlxalq şirkətlərlə işləyərkən belə bir sertifikatın olması işinizin dəyərini və sizin reytinqinizi artırır.

beynəlxalq

sertifikasiya

Bizim

müəllimlər

Tədris etdikləri istiqamətlər üzrə böyük təcrübələrə və beynəlxalq sertifikatlara malik müəllimlərimiz 

Hikmət

3D Modelləşdirmə və Vizualizasiya

Həsən

3D Modelləşdirmə və Vizualizasiya

#GələcəkBurada

#GələcəkBurada

Instagram müasir dövrün foto albomu və ən dinamik sosial şəbəkələrindən biridir. Bizi Instagramda izləməklə akademiyamızın daxili mühitinə daha yaxın ola bilərsiniz.

instagram.com/code.edu.az

sualınız var?

gəlin görüşək!

Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin edin, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış olun.