Bu modul digital marketinqin əsas prinsiplərini və məqsədlərini əhatə edir. Modul sizə aydın, həyata keçirilə bilən biznes hədəfləri müəyyən etmək, digital araşdırma apararaq auditoriyanız və sektorunuz haqqında insight-lar əldə etmək, müştərilərinizlə effektiv kommunikasiya yaradaraq tam inteqrasiya olunmuş 360 dərəcə digital marketinq kampaniyasının təməllərini hazırlamağa imkan verəcəkdir.
Bu modul veb saytın effektiv dizaynını və veb saytın optimallaşdırılmasının əsas anlayışlarını əhatə edir. Bu sizə WordPress istifadə edərək sadə, yaxşı tərtib edilmiş və optimallaşdırılmış veb sayt qurmaq imkanını verəcəkdir. Modul veb saytların fəaliyyətini izləmək və nəticələri ölçmək üçün statistikadan necə istifadə olunacağını da əhatə edir.
Bu modul Digital Marketinq üçün əsas sosial media platformalarını əhatə edir və sosial medianın biznes məqsədli necə istifadə ediləcəyini göstərir. Sosial media auditoriyasını böyütmək və cəlb etmək üçün ən yaxşı üsulları və təcrübələri izah edir. Həmçinin əsas sosial platformalarda effektiv ödənişli reklam kampaniyalarının necə qurulacağını öyrədir.
Bu modul kontent marketinqin əsas prinsiplərini əhatə edir. Kontent marketinq strategiyasını yaratmaq, planlaşdırmaq və həyata keçirmək üçün tələb olunan bilik və bacarıqları aşılayır. Kontentin yaradılması, təkmilləşdirilməsi, planlaşdırma vasitələri və təşviq üsullarından istifadə edərək onun dəyərini artırmağı əhatə edir.
Bu modul SEO-nun əsasları və axtarış motorlarının necə işlədiyindən başlayır. SEO hədəflərini biznes məqsədləri ilə uyğunlaşdırmağın nə üçün vacib olduğunu izah edir. Veb sayta düzgün ziyarətçi gətirən SEO kontent planını qurmaq üçün açar söz və rəqib araşdırmalarından necə istifadə olunacağını izah edir.
Bu modulun əsasları Display və Video reklamı ilə başlayır. Bir YouTube kanalının necə qurulacağını və idarə olunacağını nümayiş etdirir. Google Display Şəbəkəsi və YouTube’da mövcud olan reklam formatlarını əhatə edir. Display və Video kampaniyalarının necə qurulduğunu və idarə olunduğunu göstərir. Ayrıca, auditoriyanı necə düzgün hədəfləməli olduğunuzu izah edir.
Bu modul Google Ads istifadə edərək ödənişli axtarış kampaniyalarının necə yaradılması və idarə olunmasını öyrədir. Auksionunun əsas anlayışlarını, reklam büdcələrini necə idarə etməyi və ödənişli axtarış kampaniyalarını necə optimallaşdırmağı izah edir. Ayrıca, Google Analytics və Google Search Console-dan istifadə edərək axtarış kampaniyalarının performansını necə ölçməyi və hesabat verməyi əhatə edir.
Bu modul e-mail marketinqinin əsasları və effektiv bir e-mail marketinq strategiyasının necə qurulmasından başlayır. Seqmentləşdirmə, şəxsiləşdirmə, məlumatların qorunması ilə bağlı qanunvericilikdən bəhs edir. Modul əsas e-mail marketinq vasitələri və üsulları ilə yanaşı, abunə olanların siyahısı və e-mail dizaynının ən yaxşı təcrübələrini araşdırır. E-mail-ın açılması, klik sayı və marketinqin avtomatlaşdırılması vasitələri ilə e-mail kampaniyasını yaratmaq, test etmək və optimallaşdırmaq yollarını əhatə edir.
Google Analytics-in necə qurulduğunu, konfiqurasiyasını, veb saytın trafiki və izləyiciləri haqqında məlumatları əldə etmək üçün Google Analytics izləmə kodu quraşdırmağı izah edir. Kampaniyaları izləmək və təhlil etmək üçün Google Analytics hesabatlarından və xüsusiyyətlərindən necə istifadə ediləcəyi barədə ətraflı məlumat verilir.
Bu modul effektiv digital marketinq strategiyasının əsas komponentlərini müəyyənləşdirir. Effektiv büdcə planının hazırlanması və ROI-nin ölçülməsi yollarını izah edir. Kanal seçimi, düzgün mesaj, aydın, effektiv hədəflər və ölçülə bilən KPI-ların necə qurulacağını əhatə edir. Modul ümumi plan, ödənişli media planı, kampaniyanın fəaliyyət planı və digital marketinq strategiyasının necə həyata keçiriləcəyini izah etməklə başa çatır.