
Hərəkətli Qrafika və 2D Animasiya
#MotionBurada

Yaradıcılığını hərəkətə gətir!
Hərəkətli Qrafika və 2D Animasiya - Qrafik elementlərin hərəkətləndirilmiş, yəni animasiya olunmuş formasıdır. Başqa sözlə, onun köməyi ilə qrafik elementlər hərəkətə gətirilir, statik dizayndan dinamik dizayna keçid edilir.
Motion Graphics Qrafik Dizayn və Animasiyanı düzgün yollarla birləşdirərək yaradılan görüntü texnikasıdır. Bu texnika ilə vizual kontentləri canlandırmaq mümkündür.
Artıq insanlar məlumatları oxumaqdansa, zövqlə, cəlbedici formada hazırlanmış animasiyaları izləməyi daha üstün tuturlar. Buna görə də Hərəkətli Qrafika və 2D Animasiya son zamanlar aktual sahəyə çevrilib və bir çox sektorda bu sahənin peşəkarlarına ehtiyac duyulur. TV kanalları, filmlər, media şirkətləri, digital marketinq, reklam agentlikləri və digər yaradıcı sahələrdə qarşılaşdığınız hər hansı bir hərəkətli yazı, şəkil və ya qrafik element “motion designer”-lər tərəfindən hazırlanır.
kimlər üçündür?
Öz yaradıcılığını canlandırmaq istəyən, statik şəkillərdən sıxılan, kreativ işlərini hərəkətli düşünən qrafik dizaynerlər, illustratorlar, Veb və UI dizaynerlər, həmçinin Adobe Illustrator və Photoshop proqramlarında sərbəst işləməyi bacaran şəxslər Hərəkətli Qrafika və 2D Animasiya sahəsinə keçid edə bilərlər.
tədris
proqramı
Code Academy tərəfindən tədris edilən Hərəkətli Qrafika və 2D Animasiya sayəsində bu sahənin incəliklərini öyrənib, xəyal gücünüzün sərhədlərini daha da genişləndirəcəksiniz. Artıq yaradıcılığınız dinamiklik qazanaraq daim hərəkətdə olacaq.
-
Motion Graphics Design və onun növləri ilə tanışlıq. After Effects proqramının interfeysi, panelləri və tool-lar ilə tanışlıq.
-
Adobe Illustrator-dan After Effects-ə daxil etmə, "shape"lər, "layer"lər və onların modifikatorları, maskalama prinsipləri.
-
Animasiya açarları, sürət qrafikləri və onların növləri. Hərəkətin dinamikası və fizikası.
-
Elementlərə və ya ümumi kompozisiyaya animasiya olunmuş müxtəlif effektlərin, teksturaların verilməsi. Noise, Grain, Blending modes və s. istifadə edərək stilləşdirmə.
-
Müxtəlif qısa animasiyaların hazırlanması və onların sonsuz (loop) hala gətirilməsi.
-
Müxtəlif stillərdə olan yazıların sadə animasiya metodları ilə dinamik animasiyası, After Effects-in yazı animasiya modifikatorlarının öyrənilməsi.
-
Bir elementin real vaxt ərzində başqa bir elementə çevrilməsi, onun növləri və axıcı animasiya metodları.
-
Trim path, 3D stroke, Stroke effektlərindən istifadə edərək, lettering animasiyalarının öyrənilməsi.
-
Loqo animasiyasının növləri, müxtəlif animasiya üsulları ilə loqo animasiyaları.
-
Disney-in yaratdığı animasiya prinsipləri ilə tanışlıq və onların tətbiqi.
-
İş sürətinin artırılması üçün JavaScript-dən istifadə edərək parametrlərə əlavə olunan yazılı kodlar, onların növləri.
-
Personajların gəzməyi, qaçmağı və digər hərəkətlər.
-
Personajların alternativ rig-lənmə üsulları, script-lərdən istifadə qaydaları (RubberHose, Duik)
-
Müxtəlif əlavələrlə tanışlıq və onlardan istifadə etmə qaydaları, praktiki iş.
beynəlxalq
sertifikasiya
qəbul
prosesimiz
Qəbul prosesimiz aşağıdakı addımlardan ibarətdir. Biz təkcə tələbələri qəbul etmirik. Akademiyamızda hüquqşünas, rəssam, mühasib, bioloq və bir çox fərqli sahələrdən olan şəxsləri bir araya toplayan zəngin bir təhsil mühiti yaratmışıq. Karyeranızı bizimlə birgə dəyişmək üçün istəkli olmağınız kifayətdir.
-
Onlayn müraciət
Saytımızdan onlayn formu dolduraraq Proqram Məsləhətçisi ilə görüş təyin edə bilərsiniz.
-
Proqram Məsləhətçisi ilə görüş
Görüş zamanı akademiyada tədris şəraiti ilə əyani tanış ola, şərtlər haqqında detallı məlumat ala və mütəxəssis ilə görüşüb suallarınıza cavab tapa bilərsiniz.
-
Ödəniş növü və dərs vaxtını seç
Seçimlərinizə bağlı olaraq qiymət və tədrisin müddətini, qrafikini müəyyənləşdirə bilərsiniz.
-
İmtahanda iştirak et
İmtahan zamanı bugünə kimi olan komputer və ingilis dili bilikləriniz yoxlanılacaq. Uyğun balı topladıqdan sonra tədrisə birbaşa keçə biləcəksiniz.
-
Qeydiyyatdan keç
Özünüzə uyğun ödəniş növünü seçərək qeydiyyat sənədlərini tamamlaya bilərsiniz.
Bizim
müəllimlər
Tədris etdikləri istiqamətlər üzrə böyük təcrübələrə və beynəlxalq sertifikatlara malik müəllimlərimiz

Təbriz
2D Hərəkətli Qrafika
sualınız var?
gəlin görüşək!
Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin edin, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış olun.
