Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə (+994 12) 310 0113

IT Helpdesk

#SistemBurada

IT Helpdesk tədris proqramı

IT Helpdesk

#SistemBurada

it helpdesk kimdir?
İngilis dilindən tərcümədə “help” kömək, “desk” isə masa deməkdir. Bu iki anlayışı birləşdirsək, Helpdesk şirkət daxilində IT məsələlərini həll etməyə köməklik göstərən bir şöbədir. İş əsnasında Wi-Fi bağlantısında sıxıntılar yaşandıqda, masaüstü kompüter, laptop və ya mobil telefonumuzun texniki problemi olduqda biz IT Helpdesk əməkdaşlarına müraciət edirik. Onlar da öz növbəsində bizim yaşadığımız texniki problemləri sürətli şəkildə həll edir, həmçinin şirkətdə olan avadanlığın sağlamlığına nəzarət edirlər. Bir gün ərzində Helpdeskə gələn müraciət sayının çox və fərqli səbəblərdən olduğunu nəzərə alsaq, bu müraciətləri qısa müddətdə və düzgün şəkildə həll etmək yüksək bilik və bacarıq tələb edir.

Bu tələbi qarşılamağı və şirkətlər üçün peşəkar mütəxəssislər yetişdirməyi hədəfləyən Code Academy IT Helpdesk tədrisini CompTIA şirkəti ilə birgə əməkdaşlıq edərək həyata keçirir. Tədrisin sonunda tələbələr CompTIA beynəlxalq sertifikatını əldə etmək imkanını qazanırlar.

Kimlər üçündür?

IT Helpdesk tədrisinə hərkəs qatıla bilər. Tədris proqramında iştirak etmək istəyən tələbələrin gələcəkdə IT mütəxəssisi olmaq üçün istəkli olmaları kifayətdir. Tədris proqramı daxili şəbəkələr və informasiya texnologiyaları sahəsi ilə maraqlananlar, habelə bu sahədə təcrübəsi olanlar üçün çox önəmlidir.

tədris

proqramı

Tədris proqramının məqsədi IT Helpdesk sahəsində ehtiyac duyulan peşəkar mütəxəssisləri yetişdirməkdir. Tədris müddətində tələbələr şəbəkə nazaslıqlarının aradan qaldırılması, daxili sistem komponentlərin quraşdırılması, əməliyyat sistemlərinin konfiqurasiyası kimi biliklərə yiyələnmək və ən son trendlərə bələd olmaq fürsəti tapır. Həmçinin, proqramı uğurla bitirən tələbələr CompTIA-nın A+ imtahanlarında iştirak etmə şansı qazanır.
Bu modulda ana plata, RAM və prosessor anlayışları, bağlayıcı və portların necə quraşdırılması izah olunur.
Bu modulda TCP/IP və OSI modeli, simli və simsiz şəbəkələr, virtualizasiya və bulud infrastrukturunda şəbəkə servisləri öyrədilir.
Bu modul mobil cihazlar və notebookların işləmə prinsipi, nasazlıqların aradan qaldırılması metodologiyası, təchizat problemlərinin həll olunması mövzuları öyrədilir.
Bu modul əməliyyat sistemlərinin əsas anlayışlarını, MacOS, Linux əməliyyat sistemlərinin işləmə mexanizmini, scripting və uzaqdan bağlantı mövzularını əhatə edir.
Bu modulda əməliyyat sistemlərində əsas təhlükəsizlik anlayışları, yaranmış problemlərin aradan qaldırılması və sənədləşmə izah olunur.

bizim

müəllimlər

Tədris etdikləri istiqamətlər üzrə böyük təcrübələrə və beynəlxalq sertifikatlara malik müəllimlərimiz

İlkin Baxışlı

Fariz Əsədov

tədris üzrə

sertifikatlar

Təhsil Nazirliyi tərəfindən akkreditasiya olunmuş əlavə tədris müəssisəsi olaraq bitirmə layihələrini uğurla təhvil verən tələbələr Code Academy-nin məzun diplomu ilə təltif olunacaqlar. Tələbələrimizə məzun, şərəf məzunu və yüksək şərəf məzunu dərəcələri tətbiq olunacaqdır.
COMPTIA A+ IT sahəsində karyerasını qurmaq istəyən şəxslər üçün təqdim olunmuş sertifikat imtahanıdır. Kibertəhlükəsizlikdən bulut texnologiyalarına, sistem idarəçiliyi, troubleshooting və dövrümüzün digər təməl və müasir texnologiyalarına qədər bir çox sahəni özündə cəmləyir. CompTIA A+ sertifikatını əldə etmək üçün namizədlərdən iki imtahan vermələri tələb olunur: Core 1 və Core 2. Bu imtahanları müvəffəqiyyətlə tamamlayanlar fundamental texnolji bilik və bacarıqlara yiyələnəcəklər.

Qəbul

prosesimiz

Qəbul prosesimiz aşağıdakı addımlardan ibarətdir. Biz təkcə tələbələri qəbul etmirik. Akademiyamızda hüquqşünas, rəssam, mühasib, bioloq və bir çox fərqli sahələrdən olan şəxsləri bir araya toplayan zəngin bir təhsil mühiti yaratmışıq. Karyeranızı bizimlə birgə dəyişmək üçün istəkli olmağınız kifayətdir.
muraciet

Onlayn müraciət et

Saytımızdan onlayn formu dolduraraq Proqram Məsləhətçisi ilə görüş təyin et.

proqram-meslehet

Proqram Məsləhətçisi ilə görüş

Görüş zamanı akademiyada tədris şəraiti ilə əyani tanış ol, şərtlər haqqında detallı məlumat al və mütəxəssis ilə görüşüb suallarına cavab tap.

odenis-novu

Ödəniş növü və dərs vaxtını seç

Seçimlərinə bağlı olaraq tədrisin müddəti  qrafiki ilə tanış ol, qiymətini öyrən.

imtahan

İmtahanda iştirak et

İmtahan zamanı bugünə kimi olan komputer və ingilis dili biliklərin yoxlanılacaq. Uyğun balı topla və birbaşa tədrisə keç.

qeydiyyat

Qeydiyyatdan keç

Özünüzə uyğun ödəniş növünü seçərək qeydiyyat sənədlərini tamamla.

tədrisin

formaları

sep-line

Campus

Tələbələrimiz akademiyaya gələrək dərslərdə birbaşa iştirak edib tədrisə yiyələnə bilərlər.

Online Campus

Online qeydiyyatdan keçərək sinifdaxili tələbələr ilə birlikdə dərsdə canlı şəkildə iştirak edib tədris proqramının tərkib hissələrini təhvil verib məzun ola bilərlər.

Növbəti

başlayacaq qruplar

13 İyun

IT Helpdesk

I-IV günlər

Saat:

19:00-21:4510:00-14:45

Tədris forması:

Campus | Online Campus

27 Avqust

IT Helpdesk

həftə sonu

Saat:

19:00-21:4510:00-14:45

Tədris forması:

Campus | Online Campus

sualın var?

gəl görüşək!

Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.

Eynşteyndən bir problemin həlli üçün nə qədər zaman sərf etdiyini soruşduqda o problemin təhlili və alternativlərinin təyin olunmasına 55 dəqiqə, həllinə isə 5 dəqiqə ayırdığını demişdi.