Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə (+994 12) 310 0113

Kiber Təhlükəsizlik

#CyberSecBurada

Kiber Təhlükəsizlik

#CyberSecBurada

kiber təhlükəsizlik nədir?
Virtual dünyada var olmaq artıq məlumatlarımızın təhlükəsizliyini qorumağı bizdən tələb edir. İstər fiziki şəxslər, istərsə də bizneslər texnologiyanın gətirdiyi üstünlüklərlə daxili və xarici kiber hücumlardan özlərini müdafiə etməyə çalışırlar. Bu hücumlardan qorunmaq, məlumatların təhlükəsizliyini təmin etmək üçün isə kiber təhlükəsizlik mütəxəssislərinə ehtiyac duyulur. Pandemiyanın təsiri ilə virtual dünyaya keçid və uzaqdan işləmə prosesi şirkətlərin kiber hücumlara məruz qalması halını artırdı. Hal-hazırda da kiber təhlükəsizlik sahəsi üzrə mütəxəssislərə tələbat günü-gündən artır və hal-hazırda əmək bazarında ən çox tələb olunan peşələrdən biri hesab olunur. Bu ehtiyacı nəzərə alan və AKTA-nın (Azərbaycanın Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası) təhsil tərəfdaşı olan Code Academy isə şirkətlər üçün bu sahə üzrə ixtisaslı kadrlar hazırlamağı hədəfləyir.

Kimlər üçündür?

Tədris həm sıfırdan öyrənərək, kibertəhlükəsizlik mütəxəssisi olmaq istəyən, həm də windows sistem administratorları, şəbəkə administratorları, linux sistem administratorları və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərib, kiber təhlükəsizlik sahəsinə keçid etmək istəyən mütəxəssislər üçündür.

tədris

proqramı

Tədris proqramının məqsədi sektorunda ehtiyac duyulan kibertəhlükəsizlik mütəxəssislərinin yetişdirilməsidir. Tədrisin sonunda məzunlar Comptia A +, Comptia Security +, Linux Professional Institute LPIC-1, Linux Professional Institute LPIC-2, Red Hat Certified System Administrator beynəlxalq sertifikasiya imtahanlarında iştirak edə bilərlər.
Bu modulda kompüter arxitekturası, əməliyyat sistemləri, şəbəkə arxitekturası, şəbəkə modelləri və protokolları, CMD və Powershell komandaları tədris olunur.
Bu modulda Windows Server əməliyyat sisteminin quraşdırılması, Server rolları və funskiyaları, Active Directory, Group Policy Management, Web Server quraşdırılması və idarə olunması, Server sertifikatlarının tənzimlənməsi, Windows Serverlərin Backup və update olunması göstərilir.
Bu modulda Linux Debian və Redhat əməliyyat sistemləri, onlar arasındakı fərqlər, Ubuntu əməliyyat sisteminin quraşdırılması, Terminal və Bash komandaları, Fayl oxuyucuları və editorlar, imtiyazlar, Linux şəbəkə konfiqurasiyası və alətləri, proses və servislər, planlanmış işlər, Linux təhlükəsizlik tətbiqləri, Linuxda web və file serverin qurulması, backup-update-restore prosesləri tədris olunur.
Bu modul proqramlaşdırmanın əsas prinsipləri, elementlər, alqoritmlər, obyekt yönümlü proqramlaşdırmanın əsasları və C proqramlaşdırma dilində sadə proqramların yazılmasını əhatə edir.
Bu modul SQL proqramlaşdırma dilində yazılan kodların izahını əhatə edir. Modul QL server arxitekturası, data növləri, DDL və DML alt sorğuları, verilənlər bazasının qurulması və dizaynı kimi vacib məqamları əhatə edir.
Bu modulda Python proqramlaşdırma dilinin qurulması, başlanğıc səviyyə Python bilikləri, funksiyaları, modul və paket qurulumu, obyekt yönümlü proqramlamada python, həmçinin, Pythonun veb, verilənlər bazası, fayl və socket proqramlamada tətbiqi təlim olunur.
Bu modulda kompüter sistemlərinə qarşı baş tutan Dirty Cow, Meltdown, Spectre,Shellshock, Buffer- overflow və digər klassik və yeni hücum metdoları və onlardan müdafiə mexanizmləri öyrədilir.
Bu modulda TCP/IP protocol dəstində olan boşluqlar, onlara qarşı olan MAC layer, UDP və TCP, IP və ICMP, DNS kimi hücumlar və onlardan yayınma üsulları, Firewall və VPN sistemləri tədris edilir.
Bu modulda web server və browser təhlükəsizliyi, və onlara yönələn cross-site request forgery və scripting, SQL injection və clickjacking kimi məşhur hücum növləri və onlardan qorunma metodları tədris edilir.
Bu modulda kriptoqrafiyanın əsasları, gizli və açıq açarlar, bir tərəfli hash funskiyaları, onların real tətbiqlərdəki istifadəsi, qarşılaşılan təhlükələr və onlardan yayınma metodları tədris edilir.
Bu modulda əməliyyat sistemləri, web, IoT, Simsiz və simli şəbəkə, mobil platformalara hücum və bu hücumlara qarşı müdafiə mexanzimləri tədris edilir.
Bu modulda Antivirus, IDS/IPS, Firewall, Syslog və Splunk, əməliyyat sistemlərinin hücumlara qarşı müdafisənin gücləndirilməsi tədris edilir.
Bu modul fərqli control mexanizmləri və onların vacibliyi, IT auditin məqsədi və vacibliyi, müxtəlif test və test texnikalarını, ISO 27001 standartlarını əhatə edir.
Bu modulda əməliyyat sistemləri, şəbəkə və fayl sistemlərinə olan hücumların araşdırılması, reportların və logların, şəbəkədən axan məlumatların, email sistemlərinin analiz olunması tədris edilir.

bizim

müəllimlər

Tədris etdikləri istiqamətlər üzrə böyük təcrübələrə və beynəlxalq sertifikatlara malik müəllimlərimiz

Saleh Hacıyev

tədris üzrə

sertifikatlar

Təhsil Nazirliyi tərəfindən akkreditasiya olunmuş əlavə tədris müəssisəsi olaraq bitirmə layihələrini uğurla təhvil verən tələbələr Code Academy-nin məzun diplomu ilə təltif olunacaqlar. Tələbələrimizə məzun, şərəf məzunu və yüksək şərəf məzunu dərəcələri tətbiq olunacaqdır.

Qəbul

prosesimiz

Qəbul prosesimiz aşağıdakı addımlardan ibarətdir. Biz təkcə tələbələri qəbul etmirik. Akademiyamızda hüquqşünas, rəssam, mühasib, bioloq və bir çox fərqli sahələrdən olan şəxsləri bir araya toplayan zəngin bir təhsil mühiti yaratmışıq. Karyeranızı bizimlə birgə dəyişmək üçün istəkli olmağınız kifayətdir.
muraciet

Onlayn müraciət et

Saytımızdan onlayn formu dolduraraq Proqram Məsləhətçisi ilə görüş təyin et.

proqram-meslehet

Proqram Məsləhətçisi ilə görüş

Görüş zamanı akademiyada tədris şəraiti ilə əyani tanış ol, şərtlər haqqında detallı məlumat al və mütəxəssis ilə görüşüb suallarına cavab tap.

odenis-novu

Ödəniş növü və dərs vaxtını seç

Seçimlərinə bağlı olaraq tədrisin müddəti  qrafiki ilə tanış ol, qiymətini öyrən.

imtahan

İmtahanda iştirak et

İmtahan zamanı bugünə kimi olan komputer və ingilis dili biliklərin yoxlanılacaq. Uyğun balı topla və birbaşa tədrisə keç.

qeydiyyat

Qeydiyyatdan keç

Özünüzə uyğun ödəniş növünü seçərək qeydiyyat sənədlərini tamamla.

tədrisin

formaları

sep-line

Campus

Tələbələrimiz akademiyaya gələrək dərslərdə birbaşa iştirak edib tədrisə yiyələnə bilərlər.

Online Campus

Online qeydiyyatdan keçərək sinifdaxili tələbələr ilə birlikdə dərsdə canlı şəkildə iştirak edib tədris proqramının tərkib hissələrini təhvil verib məzun ola bilərlər.

Növbəti

başlayacaq qruplar

17 Dekabr

Kiber Təhlükəsizlik

həftə sonu

Saat:

15:30-20:15

Tədris forması:

Campus | Online Campus

sualın var?

gəl görüşək!

Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.

Virtual dünyada var olmaq artıq məlumatlarımızın təhlükəsizliyini qorumağı bizdən tələb edir. İstər fiziki şəxslər, istərsə də bizneslər texnologiyanın gətirdiyi üstünlüklərlə daxili və xarici kiber hücumlardan özlərini müdafiə etməyə çalışırlar. Bu hücumlardan qorunmaq, məlumatların təhlükəsizliyini təmin etmək üçün isə kiber təhlükəsizlik mütəxəssislərinə ehtiyac duyulur.