
Proqramlaşdırma
#KodBurada

Niyə Code Academy-də Proqramlaşdırma təhsili?
Code Academy-də keçirilən Proqramlaşdırma üzrə tədris proqramı sektorun ehtiyaclarını nəzərə alaraq hazırlanmışdır. Təhsilin 85%-i praktiki iş üzərində qurulmuşdur. Məqsəd sadəcə Proqramlaşdırmanın incəliklərini öyrətmək deyil, eyni zamanda müəssisələrin veb proqramlaşdırmaya olan ehtiyaclarını professional şəkildə qarşılayacaq mütəxəssislər yetişdirməkdir.
Code Academy-nin Zəmanətli Təhsil Modeli ilə hər bir tələbəyə təhsilini təkrarlama imkanı verilir. Mövzuların praktiki tətbiqinin dərhal həyata keçirilməsi üçün hər bir tələbə sinifdaxili kompüterlərlə təmin olunur. Tələbələrin Veb Proqramlaşdırma təhsili boyunca öyrəndiklərini təkrar etmələrini və gücləndirmələrini təmin etmək məqsədilə tədris proqramı Code Academy-nin özünəməxsus Mentor Sistemi ilə təkmilləşdirilmişdir.
Kim iştirak edə bilər?
Ali təhsil sistemindən fərqli olaraq Veb Proqramlaşdırma təhsili almaq üçün riyaziyyat və ya mühəndislik kimi mövzular barədə öncədən məlumatlı olmaq vacib deyil. Tədris proqramına qatılan tələbələrin gələcəkdə mütəxəssis proqramçı olmaq üçün istəkli olmaları kifayətdir. İngilis dili və Veb Proqramlaşdırma barəsindəki baza bilik çatışmazlığı təhsilin ilk aylarında aradan qaldırılır.
tədris
proqramı
Təhsil proqramının məqsədi informasiya sektorunda ehtiyac duyulan peşəkar yetişdirməkdir. Code Academy praktika üzərində qurulan təhsil modeli ilə həm ən yeni texnologiyaları öyrədir, həm də tələbələri Veb Proqramlaşdırma üzrə beynəlxalq “MCSA: Web Applications” və “MCSD: Web Applications” sertifikatlaşdırma imtahanlarına hazırlaşdırır. Bu da öz növbəsində tələbələrə beynəlxalq səviyyəli peşəkar mütəxəssis adı qazandırır.
-
- Software Development Fundamentals
- Database Administration Fundamentals
- HTML5 Application Development Fundamentals
-
- Programming in HTML5 with JavaScript and CSS3
- Programming in C#
- Developing ASP.Net MVC 5 Web Applications
-
- Developing Windows Azure™ and Web Services
beynəlxalq
sertifikasiya
qəbul
prosesimiz
Qəbul prosesimiz aşağıdakı addımlardan ibarətdir. Biz təkcə tələbələri qəbul etmirik. Akademiyamızda hüquqşünas, rəssam, mühasib, bioloq və bir çox fərqli sahələrdən olan şəxsləri bir araya toplayan zəngin bir təhsil mühiti yaratmışıq. Karyeranızı bizimlə birgə dəyişmək üçün istəkli olmağınız kifayətdir.
-
Onlayn müraciət
Saytımızdan onlayn formu dolduraraq Proqram Məsləhətçisi ilə görüş təyin edə bilərsiniz.
-
Proqram Məsləhətçisi ilə görüş
Görüş zamanı akademiyada tədris şəraiti ilə əyani tanış ola, şərtlər haqqında detallı məlumat ala və mütəxəssis ilə görüşüb suallarınıza cavab tapa bilərsiniz.
-
Ödəniş növü və dərs vaxtını seç
Seçimlərinizə bağlı olaraq qiymət və tədrisin müddətini, qrafikini müəyyənləşdirə bilərsiniz.
-
İmtahanda iştirak et
İmtahan zamanı bugünə kimi olan komputer və ingilis dili bilikləriniz yoxlanılacaq. Uyğun balı topladıqdan sonra tədrisə birbaşa keçə biləcəksiniz.
-
Qeydiyyatdan keç
Özünüzə uyğun ödəniş növünü seçərək qeydiyyat sənədlərini tamamlaya bilərsiniz.
Bizim
müəllimlər
Tədris etdikləri istiqamətlər üzrə böyük təcrübələrə və beynəlxalq sertifikatlara malik müəllimlərimiz

Yolçu
Proqramlaşdırma

İsmayıl
Proqramlaşdırma

Kamran
Proqramlaşdırma

Kamran
Proqramlaşdırma

Orxan
Proqramlaşdırma

Murad
Proqramlaşdırma

Şöhrət
Proqramlaşdırma

Eldar
Proqramlaşdırma

Həmid
Proqramlaşdırma

Bəhruz
Proqramlaşdırma

Qəzənfər
Proqramlaşdırma

Cavidan
Proqramlaşdırma

Elçin
Proqramlaşdırma

Ramil
Proqramlaşdırma
sualınız var?
gəlin görüşək!
Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin edin, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış olun.
