Qrafik və Veb Dizayn

#DizaynBurada

Qrafik və Veb Dizayn Nədir?

Code Academy-dəki Qrafik və Veb Dizayn təhsili sektorun ehtiyaclarını nəzərə alaraq hazırlanmışdır. Məqsəd sadəcə texniki mütəxəssis hazırlamaq deyil, eyni zamanda dizaynın əsaslarını tələbələrə öyrədərək, sahib olduqları xəyal güclərini reallığa çevirmələrinə imkan yaratmaqdır.

Təhsilin 85%-i praktiki iş üzərində qurulmuşdur. Məqsəd təkcə Veb Dizayn və Qrafikanın incəliklərini öyrətmək deyil, eyni zamanda sektorun ehtiyaclarını professional şəkildə qarşılayacaq mütəxəssislər yetişdirməkdir. Code Academy-nin Zəmanətli Təhsil Modeli ilə hər bir tələbəyə təhsilini təkrarlama imkanı verilir. Mövzuların praktiki tətbiqinin dərhal həyata keçirilməsi üçün dizayn sinfi hər bir dizaynerin ehtiyac duyduğu tam təchizatlı Apple (iMac) kompüterlərlə təmin olunur. Proqramın sonunda buraxılış layihələrini başa vuran tələbələr karyeraya hazırlıq prosesini bitirməklə yanaşı, fərdi portfolio meydana gətirərək məzun olurlar.

kimlər üçündür?

Bu təhsili almaq üçün hər hansı bir ön şərt yoxdur. Qrafik və Veb Dizayn ilə maraqlanan və istəkli hər bir şəxs bu təhsili ala bilər.

tədris

proqramı

Məqsəd Qrafik və Veb Dizayn sahələrində karyeraya başlamaq istəyən və fəaliyyət göstərən insanları sektorun ehtiyaclarına uyğun peşəkar olaraq yetişdirməkdir.

  • Qrafik dizayn nədir, nə üçün lazımdır və hansı alətləri istifadə edir? Bu yolda tipoqrafika, illustrasiya və qrafik obyektləri necə və hansı prinsiplərlə istifadə edirik? Bütün bu və digər mövzular ətraflı şəkildə ilk bölmədə keçirilir.

  • Çoxsəhifəli çap və rəqəmsal dizayn materiallarının növləri, fərqli və oxşar tərəfləri, onların Adobe Indesign-da hazırlanma qaydaları məhz bu hissədə öyrədilir. Indesign-da kataloq, informativ broşur, jurnal üçün üz qabığı hazırlamaqla tələbələr qısa zamanda çap üçün materialların hazırlanma mərhələlərini, onların çapa hazırlanmasını öyrənmiş olurlar.

  • Adobe Illustrator-un qrafik dizaynerin iş həyatında yeri nədən ibarətdir? Bu proqram vasitəsilə biz hansı problemləri həll edirik? Vektor qrafikası nədir və nə üçün qrafik dizaynerlər bir çox hallarda işlərini vektor formatda hazırlayırlar? Hansı tip işlər vektor qrafikasında və Adobe Illustrator-da hazırlanmalıdır? Rəng nəzəriyyəsi, tipoqrafika, loqo dizaynı, brendinq, vektor formatlı qablaşdırma dizaynı bu bölməni əhatə edir.

  • Vektor qrafikası ilə bitmap (rastr) qrafikasının fərqi. Birinin digərindən üstün və çatışmayan cəhətləri, Adobe Photoshop-un texniki imkanları və onun dizaynerin iş həyatında rolu məhz bu bölmədə ələ alınacaq. Tələbələr fotoların rəng korreksiyasını, foto-retuş, foto-manipulyasiya, poster və reklam materiallarının hazırlanmasını, işıq və kölgə nəzəriyyəsini bol praktik çalışmalar ilə gücləndirəcəklər.

  • Veb dizaynın son 20 ildə keçdiyi inkişaf yolları, bu zaman dilimində qarşımıza çıxan texnoloji yeniliklər və dizayn trendləri analiz edilir, dizaynerin hansı bilik və bacarıqlara yiyələnməli olduğu göstərilir. Bu məqsədlə istifadə edilən proqramlar, onların fərqli və oxşar tərəfləri göstərilir.

  • UX/UI dizayn son zamanlar çox sürətli populyarlıq qazanıb və durmadan genişlənən auditoriyanı əhatə edir. Bu terminin tərkib hissələri, istifadəçi təcrübəsi (UX - User Experience) və istifadəçi interfeysi (UI - User Interface) haqqında təqdimatlar, nəzəri və praktik biliklər tələbələrə çatdırılır. Müəyyən UX problemləri və onların həlli yolları araşdırılır. Bundan sonra isə tələbələr istifadəçi interfeysinin qrafik tərtibatını hazırlayırlar.

  • Müasir internet istifadəçisi saytlara getdikcə daha çox smartfonlardan daxil olur. Bunun üçün əvvəlki kimi veb saytlar təkcə kompyuter ekranları üçün deyil, eyni zamanda tablet və smartfonlar üçün hazırlanmalıdır. Bu isə nəzəri və praktiki bilik tələb edir. Bu məqsədlə tələbələr veb saytların "responsive" və adaptiv versiyalarının hazırlanma qaydalarını öyrənir, bol praktika ilə qazanılmış bilikləri təkmilləşdirirlər.

  • Portfoliosu olmayan dizayner, dizayner deyil. Dizaynerin gücü, biliyi və bacarığı hazırladığı portfoliosundan bəlli olur. Dizaynerlər tərəfindən ən çox istifadə olunan Behance və Dribble portfolio platformaları haqqında tələbələrimiz tədris boyunca məlumat alırlar. "Bu platformalarda layihə işlərini necə düzgün hazırlamaq, yerləşdirmək, təqdimat etmək və paylaşmaq olar?" suallarına tam ətraflı cavabı tədris prosesində tələbələr mənimsəmiş olurlar.

  • UX/UI dizayn üçün bir sıra alternativ proqramlar mövcuddur. Təhsil proqramımızda bu məqsəd üçün Sketch tədris edilir. Proqramın interfeysi, alətləri, funksiyaları, prototip hazırlanma prosesi detallı şəkildə öyrədilir. Veb saytlar, onların "responsive" versiyaları bu proqram vasitəsilə tərtib edilir. Tədrisin sonunda isə tələbələr fərqli, modern mobil tətbiqlər hazırlayıb test edir və beləcə bu sahəyə də hazır olurlar.

beynəlxalq

sertifikasiya

Bizim

müəllimlər

Tədris etdikləri istiqamətlər üzrə böyük təcrübələrə və beynəlxalq sertifikatlara malik müəllimlərimiz 

Fuad

Qrafik və Veb Dizayn

Knyaz

Qrafik və Veb Dizayn

Murad

Qrafik və Veb Dizayn

Rizvan

Qrafik və Veb Dizayn

sualınız var?

gəlin görüşək!

Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin edin, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış olun.