Sistem Administratorluğu

#SistemBurada

Niyə Code Academy-də Sistem Administratorluğu təhsili?

Bu tədris proqramı sektorun ehtiyaclarını nəzərə alaraq, Microsoft, Cisco və Linux-un tədris proqramı əsasında hazırlanıb. Burada məqsəd yalnız mütəxəssis hazırlamaq deyil, müəssisələrin sistem və şəbəkə təminatına olan ehtiyaclarını tam nəzərə alıb, məsələlərin həllini qısa zamanda tətbiq edən peşəkarlar yetişdirməkdir. Code Academy-nin ən önəmli cəhəti məzunlarının texnologiya sahəsində peşəkar kimi qəbul olunmalarını və karyeralarını təkmilləşdirmələrini təmin etməsidir. Beləliklə, onlar sistem, server, bulud (cloud), virtuallaşdırma, şəbəkə və təhlükəsizlik infrastrukturu sahəsində fəaliyyət göstərə bilərlər.

Code Academy-də verilən təhsilin 85%-i praktika üzərində qurulub. Burada məqsəd sektorda hər gün artmaqda olan peşəkar qıtlığının qarşısını almaqdır. Tələbələr proqramın sonunda əldə etdikləri biliklə MCSA, MCSE, CCNA, LFCS sertifikatlarına sahib ola bilərlər. Bunun sayəsində onlar Azərbaycan və dünyada ehtiyac duyulan sistem və şəbəkə administratoru olaraq ixtisaslaşa bilərlər.

kimlər üçündür?

Sistem administratoru olmaq üçün riyaziyyat və ya mühəndislik ixtisası üzrə ali təhsilli olmaq vacib deyil. Tədris proqramına qatılan tələbələrin gələcəkdə sistem və şəbəkə təminatı üzrə mütəxəssis olmaq üçün istəkli olmaları kifayətdir. Proqrama Cisco, Linux və Microsoft-un ən son texnologiyalarından istifadə edərək, texniki infrastrukturu tam olaraq dizayn etmək, qurmaq, idarə etmək, informasiya texnologiyaları həllərinə və bu sahədə ən son trendlərə bələd olmaq istəyənlər qoşula bilər.

tədris

proqramı

Təhsil proqramının məqsədi Sistem administratorluğu sahəsində ehtiyac duyulan peşəkar yetişdirməkdir. Laboratoriya məşğələlərinə əsaslanan təhsil modeli ilə ən yeni texnologiyaları öyrədən, eyni zamanda MCSA, MCSE, CCNA, LFCS sertifikat imtahanlarına hazırlaşan Code Academy tələbələrə beynəlxalq səviyyəli peşəkar mütəxəssis adı qazandırır.

  • Bu modul sizə Windows Server infrastrukturunu həyata keçirmək üçün lazım olan şəbəkə, təhlükəsizlik və sistem idarəetmə məlumatlarının əsas bilik və bacarıqlarını öyrədir. Burada server performansını izləmək və Windows Serverin saxlanması barədə hər şeyi öyrənəcəksiniz.

  • Bu modulda Windows 10-u dizayn etmək, quraşdırmaq və konfiqurasiya etməyi öyrənəcəksiniz. Windows 10-da şəbəkələşmə, şəbəkə təhlükəsizliyi, şəbəkə saxlama və yerli saxlamanı tətbiq edə biləcəksiniz.

  • Modulun məqsədi sizi kiçik və orta ölçülü şəbəkəni quraşdırmaq, konfiqurasiya etmək və işlətmək üçün lazımi bilik və bacarıqlarla təmin etməkdir. Bu modulda LAN keçidini və IP yönləndiricisini konfiqurasiya etmək, şəbəkə cihazlarını idarə etmək və əsas təhlükəsizlik gözləntilərini müəyyənləşdirməyi öyrənəcəksiniz. IPv4 və IPv6 şəbəkəsinin necə qurulacağını, işləməsini, konfiqurasiyasını və təsdiqlənməsini öyrənəcəksiniz.

  • Bu modul ilk növbədə Windows Server ilə müəyyən təcrübəyə malik İT mütəxəssisləri üçündür. Windows Server 2016-dan istifadə edərək saxlama və hesablama işlərinə cavabdeh olan mütəxəssislər üçün hazırlanmışdır.

  • Bu modulda Active Directory Domain Services-in (AD DS) necə yerləşdirilməsini və konfiqurasiyasını öyrənəcəksiniz. Bundan əlavə, Qrup Siyasətinin həyata keçirilməsini, yedəkləmə və bərpa etməyi, Windows Server 2016 ilə AD problemlərini izləyəcək və həll edəcəksiniz.

  • Bu modulda Windows Server 2016-ını yerləşdirmək və dəstəkləmək üçün tələb olunan əsas şəbəkə bacarıqlarını öyrənəcəksiniz. IP əsaslarını, uzaqdan giriş texnologiyalarını və proqram təminatı ilə təyin olunan şəbəkəni (SDN) nəzərdən keçirəcəksiniz.

  • Bu modulda idarə etdiyiniz İT infrastrukturun təhlükəsizliyini necə artırmağı öyrənəcəksiniz.

  • Bu modulda Linux Sistem Administrasiyasını, Linux ilə işləyən bir kompüteri quraşdırmağı və əsas şəbəkəni konfiqurasiya etməyi öyrənəcəksiniz.

beynəlxalq

sertifikasiya

Bizim

müəllimlər

Tədris etdikləri istiqamətlər üzrə böyük təcrübələrə və beynəlxalq sertifikatlara malik müəllimlərimiz 

#GələcəkBurada

#GələcəkBurada

Instagram müasir dövrün foto albomu və ən dinamik sosial şəbəkələrindən biridir. Bizi Instagramda izləməklə akademiyamızın daxili mühitinə daha yaxın ola bilərsiniz.

instagram.com/code.edu.az

sualınız var?

gəlin görüşək!

Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin edin, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış olun.