Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə (+994 12) 310 0113

Sistem və Bulud texnologiyaları

#SistemBurada

Sistem və Bulud texnologiyaları

Sistem və Bulud texnologiyaları

#SistemBurada

sistem və bulud texnologiyaları nədir?
Sistem administratorluğu informasiya texnologiyalarını quran, idarə edən və onların problemsiz işləməsini təmin edən sahədir. Bulud müəyyən resurslara uzaq məsafədən müraciət etmək üçün rahat interfeysdən istifadə etməyə imkan verən texnologiyadır. Sistem administratorları servisin daimi işləkliyini, təhlükəsizliyini və sürətini təmin etmək üçün sistemləri daxili mühitdə idarə edib, yeniləyərkən, bulud administratorları bu prosesi xarici mühitdə, yəni bulud infrastrukturunda həyata keçirir.

Code Academy-nin Sistem və Bulud texnologiyaları tədris proqramına qoşulmaqla Red Hat və Microsoft-un ən son texnologiyalarından istifadə edərək daxili mühitdə servislərin, proseslərin, şəbəkə xidmətlərinin qurulması və bulud infrastrukturunda idarə edilməsi, virtualllaşdırma və yaddaş sistemlərinin konfiqurasiyasının aparılması kimi vacib biliklərə yiyələnmə imkanına sahib olmaq mümkündür.

Proqram sonunda tələbələr Red Hat Certified System Administrator, Azure Fundamentals və Microsoft Azure Administrator beynəlxalq sertifikasiya imtahanlarına daxil olma şansı əldə edirlər.

Kimlər üçündür?

Tədris proqramında informasiya texnologiyaları sahəsində müəyyən bilik və təcrübəyə sahib olan və bu istiqamət üzrə ixtisaslaşmaq istəyən şəxslər iştirak edə bilər.

tədris

proqramı

Məqsədimiz sektorun ehtiyaclarını nəzərə alaraq sistem və bulud texnologiyaları sahəsində karyerasını qurmaq istəyən və fəaliyyət göstərən insanları peşəkar mütəxəssis olaraq yetişdirməkdir.
Bu modul Red Hat Enterprise Linux (RHEL) əməliyyat sisteminin necə quraşdırılması, Linuxda fayl və komandalar ilə işləmə qaydası, həmçinin open source barəsində məqamları detallı şəkildə izah edir.
Bu modulda Linux əməliyyat sistemində proqramların yazılması və idarə olunması, verilən tapşırıqların avtomatlaşdırılması, servislərin necə quraşdırılması öyrədilir.
Bu modulda əsas Linux yaddaş qurğuları, boot prosesi və bu halda yaranan problemlərin həlli öyrədilir.
Bu modulda Linux Kerneli əməliyyat sisteminin əsasları, onun necə idarə olunması, yaranan problemlərin həlli və Bash Scripting avtomatlaşdırılması öyrədilir.
Bu modul SSH protokolunun konfiqurasiyası, Apache HTTP Servisinin və SELinux proqram təminatının idarə olunması mövzularını əhatə edir. Yaddaş servislərinin şəbəkədən istifadəsi, həmçinin konteynerlərin necə idarə olunması öyrədilir.
Bu modulda Windows Server 2019 əməliyyat sisteminin yazılması və konfiqurasiya olunması, DNS, DHCP və IPAM sistemlərinin qurulması, Hyper V virtualizasiya proqramından necə istifadə edilməsi öyrədilir. Konteynerlər, Dockerlərin iş prinsipi, Kubernetes platformasının əsas anlayışları izah olunur.
Bu modulda Microsoft Azure bulud platformasında icazələr və qadağalar, resource group-lar, virtual maşınlar və yaddaş mexanizmi öyrədilir.

bizim

müəllimlər

Tədris etdikləri istiqamətlər üzrə böyük təcrübələrə və beynəlxalq sertifikatlara malik müəllimlərimiz

Murad Qabulov

Şahin Paşayev

Saleh Hacıyev

Namaz Bayramov

tədris üzrə

sertifikatlar

Təhsil Nazirliyi tərəfindən akkreditasiya olunmuş əlavə tədris müəssisəsi olaraq bitirmə layihələrini uğurla təhvil verən tələbələr Code Academy-nin məzun diplomu ilə təltif olunacaqlar. Tələbələrimizə məzun, şərəf məzunu və yüksək şərəf məzunu dərəcələri tətbiq olunacaqdır.
RHCSA sertifikatını əldə edən hər bir IT mütəxəssisi, Red Hat Enterprise Linux mühitində tələb olunan əsas sistem idarəetmə bacarıqlarına yiyələnə biləcək.
Azure Sistem Administrator sertifikatı sizin təşkilatın bulud infrastrukturunun tətbiqi ilə məşğul olan mütəxəssis olduğunuzu təsdiq edir. Bu sertifikat serverdə şəbəkə infrastruktur xidmətlərinin qurulması və idarə edilməsi, bulud infrasturkturunda virtualllaşdırma və yaddaş sistemlərinin konfiqurasiyasının aparılması və şəbəkələrin yaradılması kimi bacarıqlara sahib olduğunuzu təsdiqləyir.

Qəbul

prosesimiz

Qəbul prosesimiz aşağıdakı addımlardan ibarətdir. Biz təkcə tələbələri qəbul etmirik. Akademiyamızda hüquqşünas, rəssam, mühasib, bioloq və bir çox fərqli sahələrdən olan şəxsləri bir araya toplayan zəngin bir təhsil mühiti yaratmışıq. Karyeranızı bizimlə birgə dəyişmək üçün istəkli olmağınız kifayətdir.
muraciet

Onlayn müraciət et

Saytımızdan onlayn formu dolduraraq Proqram Məsləhətçisi ilə görüş təyin et.

proqram-meslehet

Proqram Məsləhətçisi ilə görüş

Görüş zamanı akademiyada tədris şəraiti ilə əyani tanış ol, şərtlər haqqında detallı məlumat al və mütəxəssis ilə görüşüb suallarına cavab tap.

odenis-novu

Ödəniş növü və dərs vaxtını seç

Seçimlərinə bağlı olaraq tədrisin müddəti  qrafiki ilə tanış ol, qiymətini öyrən.

imtahan

İmtahanda iştirak et

İmtahan zamanı bugünə kimi olan komputer və ingilis dili biliklərin yoxlanılacaq. Uyğun balı topla və birbaşa tədrisə keç.

qeydiyyat

Qeydiyyatdan keç

Özünüzə uyğun ödəniş növünü seçərək qeydiyyat sənədlərini tamamla.

tədrisin

formaları

sep-line

Campus

Tələbələrimiz akademiyaya gələrək dərslərdə birbaşa iştirak edib tədrisə yiyələnə bilərlər.

Online Campus

Online qeydiyyatdan keçərək sinifdaxili tələbələr ilə birlikdə dərsdə canlı şəkildə iştirak edib tədris proqramının tərkib hissələrini təhvil verib məzun ola bilərlər.

Növbəti

başlayacaq qruplar

29 Avqust

Sistem və Bulud texnologiyaları

I-IV günlər

Saat:

19:00-21:4515:30-20:15

Tədris forması:

Campus | Online Campus

sualın var?

gəl görüşək!

Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.

Bu gün bütün şirkətlər gündəlik əməliyyatlarını idarə etmək üçün kompüter sistemləri və serverlərindən istifadə edir. Sistem administratorları servisin əlçatanlığını, təhlükəsizliyini və elastikliyini təmin etmək üçün sistemləri daxili mühitdə idarə edib, yeniləyərkən, bulud administratorları bu prosesi xarici mühitdə, yəni bulud infrastrukturunda həyata keçirir.