Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə | Şəhər telefonlarından: +994125552525 | Mobil/Whatsapp: +994504442633

Vakansiyalar

İşin təsviri və öhdəlikləri

  • Satışların təşkili, təhlili və analizi
  • Satış komandası ilə hədəflərin birgə işlənməsi
  • Satış komandasının işinə nəzarət və onların fəaliyyətlərinin qiymətləndirilməsi
  • Satış göstəricilərini yüksəltmək məqsədi ilə yeni satış imkanlarının öyrənilməsi və təkliflərinin verilməsi
  • Yeni tədris proqramlarının tanıdılmasının Marketinqlə koordinasiyası
  • Bazarın, şirkətin mövqelərinin, rəqiblərin fəaliyyətinin hərtərəfli təhlil edilməsi
  • Satışın rüblük (həftə/ay) və illik strategiya planının tərtib edilməsi və uyğun olaraq hesabatların verilməsi
  • Şirkətlərlə korporativ danışıqların aparılması - onlarla müqavilələrin bağlanılması
  • Mövcud tərəfdaşlarla sıx əlaqələrin qurulması və münasibətlərin inkişaf etdirilməsi məqsədilə yeni təkliflər planı hazırlanması
  • Tərəfdaşlardan daxil olan məlumatlara operativ reaksiya və bunların rəhbərliyin diqqətinə çatdırılması
  • Müştəri məmnuniyyətini təmin etmək və şikayətlərlə bağlı həll yolu axtarmaq
  • Müştəri bazasının idarə olunması
  • Code Academy adından sərgilərdə, konfranslarda iştirak
  • İş rejimi həftədə 5 gündür, iş saatları 10:00-19:00 arasıdır.

Tələb olunan bilik və təcrübə

  • Fərdi və korporativ satış üzrə 5 il, komanda idarəçiliyi üzrə 2 il iş təcrübəsinin olması
  • 28-35 yaş aralığında namizədlər
  • Satışın psixologiyası və prinsipləri yaxşı bilmək
  • Güclü təşkilatçılıq və vaxtı idarəetmə bacarığı
  • Liderlik bacarığı
  • Yüksək səviyyədə görüşlərin, danışıqların aparılması üzrə bacarıqlar
  • Güclü ünsiyyət və təqdimat bacarığı
  • Komanda şəklində işləmək qabiliyyəti
  • Azərbaycan, rus, ingilis dillərində peşəkar şifahi və yazılı ünsiyyət qurma bacarığı
  • Ofis proqramlarında yaxşı işləmə bacarığı
  • Dinamik, təşəbbüskar və nəticəyəyönümlü olmaq
  • Güclü analitik düşünmə qabiliyyəti, problem həlletmə və operativlik bacarığı
  • Satış və Marketinq, İqtisadiyyat və ya Biznesin idarə olunması üzrə ali təhsil üstünlükdür

Vəd etdiklərimiz

  • Peşəkar heyətiylə professional formada inkişaf etdirəcək iş mühiti
  • Tez böyüyən və bazarda müsbət nüfuza malik şirkətdə ekspertlərlə iş təcrübəsi
  • Code Academy daxilindəki bütün dərslərə giriş imkanı
  • Kompüter, mobil telefon və korporativ nömrə şirkət tərəfindən verilir.
  • Əmək haqqı danışıqlar əsasında təyin olunacaqdır. Rüblük bonus sistemi tətbiq olunacaqdır.
  • Tibbi sığorta təminatı
tələbə

SUALINIZ VAR? GƏLİN, GÖRÜŞƏK!