Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə | Şəhər telefonlarından: +994125552525 | Mobil/Whatsapp: +994504442633

Vakansiyalar

Vakansiya: Satış / Proqram Məsləhətçisi

İşin təsviri və öhdəlikləri

  • Code Academy-nin tədris proqramlarının hədəflərə uyğun satışını təşkil etmək
  • Müştərilərlə ünsiyyət qurmaq və onları məlumatlandıraraq tədris proqramlarına cəlb
  • etmək
  • Müştəri bazasının idarə olunması
  • Code Academy adından sərgilərdə, konfranslarda iştirak

İş rejimi növbəli iş qrafiki ilədir. İş saatları 10:00-19:00, 11:00-20:00 arasıdır.

Tələb olunan bilik və təcrübə

  • Müvafiq sahədə ən azı 1 il iş təcrübəsinin olması
  • Satışın psixologiyası və prinsiplərini yaxşı bilmək
  • Yüksək səviyyədə görüşlərin, danışıqların aparılması üzrə bacarıqlar
  • Güclü təşkilatçılıq və vaxtı idarəetmə bacarığı
  • Güclü ünsiyyət və təqdimat bacarığı
  • Aktiv dinləmə qabiliyyəti
  • Komanda şəklində işləmək qabiliyyəti
  • Azərbaycan dilini əla, rus və ingilis dillərini minimum orta səviyyədə bilmək
  • Ofis proqramlarında yaxşı işləmə bacarığı
  • Dinamik, təşəbbüskar və nəticəyəyönümlü olmaq
  • Analitik düşünmə qabiliyyəti, sürətli qərar verə bilmək
  • Problem həlletmə və operativlik bacarığı
  • Satış, Marketinq, İqtisadiyyat və ya Biznesin idarə olunması üzrə ali təhsil alanlara üstünlük
  • veriləcək

Vəd etdiklərimiz

  • Peşəkar heyətiylə professional formada inkişaf etdirəcək iş mühiti
  • Tez böyüyən və bazarda müsbət nüfuza malik şirkətdə ekspertlərlə iş təcrübəsi
  • Code Academy daxilindəki bütün dərslərə giriş imkanı
  • Kompyuter, mobil telefon və korporativ nömrə
  • Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi və bonus sistemi
  • Tibbi sığorta təminatı
tələbə

SUALINIZ VAR? GƏLİN, GÖRÜŞƏK!