Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə | Şəhər telefonlarından: +994125552525 | Mobil/Whatsapp: +994504442633

Adobe Certificate Expert - Rizvan Bağırlı

Adobe Photoshop üzrə ekspert adına yiyələnən ilk azərbaycanlı məlum oldu.

Adobe Photoshop üzrə ekspert adına yiyələnən ilk azərbaycanlı məlum oldu.

Həm ölkəmiz, həm də Code Academy üçün sevindirici bir xəbəri sizinlə paylaşmaq istəyirik.

Qrafik və veb dizayn müəllimimiz, eyni zamanda art direktorumuz Rizvan Bağırlı ilk azərbaycanlı olaraq Adobe Photoshop üzrə Adobe Certified Expert  adına yiyələnib. O, Adobe Photoshop CC 2015 üzrə sertifikat imtahanını uğurla verərək müvafiq diploma sahib olub. Rizvan Bağırlı ixtisas olaraq iqtisadçı olsa da, marketinq sahəsinə olan marağı onu qrafik dizaynerliyə gətirir. Dizayn sahəsində 12 illik təcrübəyə sahib olan Rizvan Bağırlı, Code Academy komandasına 2018-ci ilin noyabr ayından etibarən qoşulub.

Qeyd edək ki, digər qrafik və veb dizayn müəllimimiz Knyaz Yaqubov isə Adobe Illustrator CC 2015 üzrə sertifikat imtahanını uğurla verərək  Adobe Certified Expert (ACE) adı qazanmışdı. 

Akademik partnyorluqlarımız barədə buradan ətraflı məlumat əldə edə bilərsiniz.

Adobe-un saytına keçid edərək Rizvan müəllimin və Azərbaycanın adını Adobe Certified Expert siyahısında görə bilərsiniz.

CodeAcademy
haqqında nə düşünürlər

tələbə

SUALINIZ VAR? GƏLİN, GÖRÜŞƏK!