Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə | Şəhər telefonlarından: +994125552525 | Mobil/Whatsapp: +994504442633

Digital Marketing İnstitute and Code Academy

Code Academy Digital Marketinq İnstitutunun eksklüziv partnyoru oldu!

Code Academy Digital Marketinq İnstitutunun eksklüziv partnyoru oldu. İnstitutun 2017-ci ildən Azərbaycandakı rəsmi təhsil nümayəndəsi olan Code Academy iki illik uğurlu tərəfdaşlıq müddətində 100-dən çox tələbənin DMİ kurrikulumuna əsasən tədris almasına və “Certified Digital Marketing Professional”  beynəlxalq sertifikatını əldə etməsinə imkan yaratmışdır. Bu uğurlu nəticələrin qarşılığı olaraq 2019-cu ildən etibarən Code Academy Digital Marketinq İnstitutunun Azərbaycandakı eksklüziv partnyoru statusunu aldı. Bu status sayəsində artıq DMİ portalından qeydiyyatdan keçib təhsil almaq istəyən hər bir şəxsin müraciəti Code Academy tərəfindən təsdiqlənib instituta göndəriləcək. Beləliklə, istər onlayn, istərsə də əyani təhsil almaq istəyən hər bir şəxs yalnız Code Academy vasitəsilə qeydiyyatdan keçə və təhsil ala bilər. Bundan başqa “Certified Digital Marketing Professional” beynəlxalq sertifikatını əldə etmək istəyən Code Academy tələbələri tam ödənişsiz olaraq imtahanda iştirak etmək və institutun “Membership” proqramına 12 aylıq pulsuz üzvlük haqqı qazanmaq imkanı əldə edirlər.

 

 

"Code Academy-nin hədəfi Azərbaycanda beynəlxalq səviyyədə tanınacaq peşəkarları yetişdirən tədris mərkəzi olmaqdır. Bu hədəfə çatmaq və onu qorumaq üçün Code Academy bir neçə beynəlxalq şirkət və qürumlarla əməkdaşlıq edir. Rəqabətin sürətlə artdığı bir dövrdə Digital Marketing İnstitute ilə eksklüziv partnyorluğa imza atmaq Code Academy-ni bu sahədə daha da irəli apararaq, daha bilikli və bacarıqlı digital marketing mütəxəssislərin yetişməsində köməklik göstərəcək."
Code Academy-nin Direktoru, Ülvi Aslanov

 

 

Qeyd edək ki, Digital marketinq sahəsində qlobal standartlara uyğun tədris proqramı təqdim edən İrlandiyanın məşhur Digital Marketinq İnstitutunun hazırda dünyanın 120-dən çox ölkəsində partnyorları mövcuddur. Azərbaycan üzrə yeganə partnyor olan Code Academy müasir tələblərə uyğun, peşəkar kadr yetişdirmək üçün peşəkar və beynəlxalq səviyyəli əməkdaşlıqlara daima əhəmiyyət verir və tələbələrinin inkişafı, gələcək karyerası üçün maksimum fürsətlər yaratmağa çalışır.

 

CodeAcademy
haqqında nə düşünürlər

tələbə

SUALINIZ VAR? GƏLİN, GÖRÜŞƏK!