Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə | Şəhər telefonlarından: +994125552525 | Mobil/Whatsapp: +994504442633

Proqramlaşdırma

Niyə Code Academy-də Proqramlaşdırma təhsili?

Ətraflı məlumat üçün
Baxşı İsgəndərov

İxtisası Pambıqçılıq üzrə texnologiya və dizayn olsa da, proqramlaşdırma tədrisindən məzun olan Baxşı hazırda Frontend developer olaraq işləyir. Baxşı İsgəndərovun hekayəsini təqdim edirik.

 

Adım Baxşıdır. Dövlət qurumlarının birində Front End Developer işləyirəm. İqtisad Universitetinin Texnologiya və Dizayn Fakultəsini bitirmişəm. Universitetə daxil olan il qiyabi oxuduğuma görə başlamışam işləməyə. Ağstafada Dövlət Gömrük Komitəsində inspektor işləyirdim. Kompüterim olduğu üçün boş vaxtlarımda videolara baxırdım. Proqramlaşdırma ilə bağlı həvəsləndirici bir video qabağıma çıxdı. Cəlb etdi və araşdırmağa başladım… HTML, CSS, sonra isə yavaş-yavaş JavaScript-ə keçdim. Proqramlaşdırma ilə bağlı internetdə hər şeyi tapmaq olur. Sadəcə ilk başda bir az çətin olur.

Özüm orta səviyyəyə çatdım, sonra işdən çıxdım. İnternetdə axtardım ki, bu sahə üzrə harada məşğul ola bilərəm. Code Academy-ni tapdım. Sözün düzü işə düzəlməyə gəlmişdim. Test etdilər dedilər ki, sən heç nə bilmirsən. Dərsləri bitirdikdən sonra Code Academy-də mentor kimi qaldım. Onunla paralel iş də görürdüm. Bir gün vakansiya gördüm, resume yolladım. Samir müəllim mənə referans oldu, qəbul oldum işə. Hazırki işimdən çox məmnunam. Özümü daha da inkişaf etdirmək istəyirəm.

#UğurHekayəsiBurada
#GələcəkBurada
#KodeBurada

Müəllimlərimiz

SUALINIZ VAR? GƏLİN, GÖRÜŞƏK

Sualınız var?

Gəlin görüşək!

Formu dolduraraq qeydiyyatdan keçin, əməkdaşlarımız sizinlə qısa zamanda əlaqə saxlayacaq

Məsələn John Doe
Tədris proqramını seçin
  • Qrafik və Veb Dizayn
  • Digital Marketinq
  • Proqramlaşdırma
  • Sistem Administratorluğu
  • MS Office
  • 3D Modelləşdirmə və Vizualizasiya