Sizə zəng edək

Operator ilə danışaraq siz akademiya və tədris proqramları haqqında ilkin məlumatları əldə edə və digər suallarınızı ünvanlaya bilərsiniz.

qəbul
prosesimiz
Qəbul prosesimiz aşağıdakı addımlardan ibarətdir. Biz təkcə tələbələri qəbul etmirik. Akademiyamızda hüquqşünas, rəssam, mühasib, bioloq və bir çox fərqli sahələrdən olan şəxsləri bir araya toplayan zəngin bir təhsil mühiti yaratmışıq. Karyeranızı bizimlə birgə dəyişmək üçün istəkli olmağınız kifayətdir.
-
Onlayn müraciət
Saytımızdan onlayn formu dolduraraq Proqram Məsləhətçisi ilə görüş təyin edə bilərsiniz.
-
Proqram Məsləhətçisi ilə görüş
Görüş zamanı akademiyada tədris şəraiti ilə əyani tanış ola, şərtlər haqqında detallı məlumat ala və mütəxəssis ilə görüşüb suallarınıza cavab tapa bilərsiniz.
-
Ödəniş növü və dərs vaxtını seç
Seçimlərinizə bağlı olaraq qiymət və tədrisin müddətini, qrafikini müəyyənləşdirə bilərsiniz.
-
İmtahanda iştirak et
İmtahan zamanı bugünə kimi olan komputer və ingilis dili bilikləriniz yoxlanılacaq. Uyğun balı topladıqdan sonra tədrisə birbaşa keçə biləcəksiniz.
-
Qeydiyyatdan keç
Özünüzə uyğun ödəniş növünü seçərək qeydiyyat sənədlərini tamamlaya bilərsiniz.