Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə | Şəhər telefonlarından: +994125552525 | Mobil/Whatsapp: +994504442633

Proqramlaşdırma

Niyə Code Academy-də Proqramlaşdırma təhsili?

Ətraflı məlumat üçün
Kamran Cəbiyev

 

Bir müddət IT mühəndis vəzifəsində işləyən Kamran Code Academy-dən məzun olandan sonra uşaqlıq arzusu olan proqramçı vəzifəsinə yiyələnib. Onun uğur hekayəsini təqdim edirik.

 

Adım Kamrandır. Hal-hazırda A+A Security şirkətində proqramçı-mühəndis vəzifəsində çalışıram. Fizika fakultəsinin elektronika ixtisasını bitirmişəm. Amma uşaqlıqdan həvəsim proqramlaşdırma sahəsinə idi. Universiteti bitirdikdən sonra hərbidə hərbçi vəzifəsində çalışdım bir müddət, 2 ilə yaxın. Çətinliklər... Ailədən uzaq qalmaq məni bu sahədən ayrılmağa sövq etdi. Artıq universiteti bitirmişdim və riyazi biliyim də yetəri qədər var idi. Mən həyatda özümə yer tapacağıma inanırdım. Ayrıldıqdan sonra elə hal-hazırdakı şirkətdə proyekt menecerinin köməkçisi vəzifəsində çalışmağa başladım. Açığı orada sənəd-sünəd işləri daha çox olduğuna görə mən düşündüm ki, riyazi biliyimdən istifadə edərək riyazi işlər görməliyəm. 4 aydan sonra servis mühəndisi vəzifəsinə keçdim. Bizdən sistemi dəyişməyimiz tələb olundu. Bu sistemi dəyişmək üçün digər sistemləri araşdırmağa bir işçi lazım idi. Mən özümü orada fəal göstərdim və bundan sonra yeni sistemin axtarışı üzrə işləməyə başladım. Bu ərəfədə isə Cisco sertifikatları üçün hazırlaşırdım. Cisco sertifikatlarını alandan sonra məni şirkətdə IT mühəndis vəzifəsinə keçirtdilər. Bir müddətdən sonra associate səviyyəsinə gəldim. Lakin, bizim şirkətdəki bəzi dəyişikliklər nəticəsində bizdə proqramçı vakansiyası yarandı. Mənim sanki uşaqlıq arzularım yenidən qayıtmağa başladı və bu sahəyə yenidən marağım yarandı. IT mühəndis vəzifəsində çalışa-çalışa Code Academy-də oxudum. Bitirdikdən sonra artıq proqramlaşdırma sahəsində iş axtarırdım. Elə qismət oldu ki, bizdə proqramçı işdən çıxası oldu. Elə onda da mən öz təklifimi etdim ki, bu şirkətdə işləyə bilərəm. Artıq özümü orda görürdüm. Məni qəbul etdilər və bu gün də həmin vəzifədə çalışıram. Yoldaşımda da dizaynerlik qabiliyyətini sanki hiss etmişdim. Mən özüm Code Academy-də təhsil aldıqdan sonra və nəticəni gördükdən sonra yoldaşım da Code Academy-ni bitirdi.

#UğurHekayəsiBurada
#GələcəkBurada
#KodeBurada

Müəllimlərimiz

SUALINIZ VAR? GƏLİN, GÖRÜŞƏK

Sualınız var?

Gəlin görüşək!

Formu dolduraraq qeydiyyatdan keçin, əməkdaşlarımız sizinlə qısa zamanda əlaqə saxlayacaq

Məsələn John Doe
Tədris proqramını seçin
  • Qrafik və Veb Dizayn
  • Digital Marketinq
  • Proqramlaşdırma
  • Sistem Administratorluğu
  • MS Office
  • 3D Modelləşdirmə və Vizualizasiya