Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə | Şəhər telefonlarından: +994125552525 | Mobil/Whatsapp: +994504442633

Digital Marketinq

Niyə Code Academy-də Digital Marketinq tədrisi?

Certified Digital Marketing Professional

Ətraflı məlumat üçün
Ləman Ratiani

"Agency açmazdan öncə Code Academy-yə getməyə qərar verdim. İstədim orada öyrənim ki, sadəcə SMM yox, ümumiyyətlə Digital Marketinq nədir?" Ləmanın hekayəsini təqdim edirik.

 

Adım Ləmandır. Hal-hazırda Teamsah Agency-nin digital marketinq şöbəsinin rəhbəri vəzifəsində çalışıram. Bu sahəyə təxminən 3-cü kursda gəlmişəm. Yay tətilində bir səhifənin admini oldum və insanlarla ünsiyyət qurmağı öyrəndim. Bir müddət sonra online olaraq əlavə ödəniş qazanmağa da başladım. Təklif gəldi ki, Digital Agency açaq. Biz agency açdıqdan sonra başladım işə yeni insanlar götürüb onları öyrətməyə və onlara səhifələr yönləndirməyə. Bəzən elə olurdu ki, gecə saat 10-dək görüşlərdə olurduq. Çünki biz bir-bir bütün restoranları, mağazaları-hər yeri gəzib özümüzə müştəri qazanırdıq. Təxminən 2 il bu agentlikdə işlədikdən sonra gördüm ki, inkişaf  yoxdur. Ona görə də bu işdən ayrılıb Sinteks şirkətinin Emporium geyim mağazasında SMM vəzifəsinə keçdim.Ondan sonra başa düşdüm ki, bir işdə işləməklə sahə çox dar olur. Kontent menecer üçün bu yaxşı deyil. Qərara gəldim ki, Agency açsaq daha maraqlı olar. Çünki  bir neçə sahədə: medical sahəsində, geyim sahəsində, fashion sahəsində, yemək sahəsində, gözəllik sahəsində background-um var və insanları öyrədə bilirəm. Bu Agency-ni açmazdan öncə Code Academy-yə getməyə qərar verdim. İstədim orada öyrənim ki,sadəcə SMM yox, ümumiyyətlə Digital Marketinq nədir? Ona görə də Code Academy-də oxuyandan sonra artıq müştərilərə daha böyük məlumatla, daha böyük təcrübə və biliklərlə gəlirik. İşdə ən çox sevdiyim sırf öyrətməkdir.

#UğurHekayəsiBurada
#GələcəkBurada
#DigitalBurada

Müəllimlərimiz

SUALINIZ VAR? GƏLİN, GÖRÜŞƏK

Sualınız var?

Gəlin görüşək!

Formu dolduraraq qeydiyyatdan keçin, əməkdaşlarımız sizinlə qısa zamanda əlaqə saxlayacaq

Məsələn John Doe
Tədris proqramını seçin
  • Qrafik və Veb Dizayn
  • Digital Marketinq
  • Proqramlaşdırma
  • Sistem Administratorluğu
  • MS Office
  • 3D Modelləşdirmə və Vizualizasiya