Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə | Şəhər telefonlarından: +994125552525 | Mobil/Whatsapp: +994504442633

Proqramlaşdırma

Niyə Code Academy-də Proqramlaşdırma təhsili?

Ətraflı məlumat üçün
Orxan,Murad,Heydər,Pərviz

Orxan Abbaslı, Murad Sofiyev, Heydər Şükürov, Pərviz Əlizadə 

Şübhəsiz hər birimizin hekayəsi özəldir. Bir də bəzi məqamlar var ki hekayələrimizdə, onlar daha da özəldir. 
Bu dörd məzunumuzun hekayələri öncə Code Academy-də, sonra isə ASAN-da kəsişib. 
Özlərindən dinləyək. 

Adım Orxandır. ASAN Xidmətdə proqramçı kimi işləyirəm. 4 ilə yaxındır artıq IT sahəsindəyəm. Təhsilim İnformasiya Texnologiyaları və Sistemləri mühəndisliyidir. Full stack web developer kimi nələrisə öyrənmək istəyirdim. Sadəcə özüm seçdim ki, Code Academy-də daha əyləncəlidir öyrənmək, daha maraqlı idi orda öyrənmək. Digər proqramçının necə işlədiyini qabaqcadan bilsən, ona necə rahat olacağını bilsən… Ona görə planlama edirik, ona görə ayırırıq task-larımızı ki, məsələn Murad bunu etsə, Heydər bunu etsə, daha tez, daha optimal proyekt hazırlayarıq.

Adım Muraddır. Kod yazıram.Universitetə girməmişdən əvvəl kod yazmaq istəyirdim ümumiyyətlə.Sadəcə necə edəcəyimi bilmirdim. Sonra universitetə girəndə belə bir ixtisasin olduğunu eşitdim ki, yəni o ixtisasda kod yazmağı öyrədirlər. Universitetdə olduğum müdddətdə Code Academy-dən gəldilər. Dedilər ki, kod yazacaqsınız. İntensiv təhsildir... Fikirləşdim ki, niyə də olmasın? Code Academy-də əslində bizə proqramlaşdırma öyrətməkdən çox, öyrənməyi öyrətdilər. Bura gələndən sonra bir müddət bura öyrəndiklərimi yoxlamaq üçün bir yer oldu.Proqramlaşdırmaya 17 yaşımda başladım, Code Academy ilə. Hal-hazırda 19 yaşım var, 2 il də praktikam var.

Adım Heydərdir. ASAN Xidmətdə proqramçı kimi işləyirəm. Əslində universitetdə mən tamam fərqli bir ixtisas üzrə-Beynəlxalq İqtisadi Münasibətlər üzrə  təhsil almışam. Öz ixtisasım üzrə işləyirdim amma mən özümü orda görmürdüm. Məni də ixtisas dəyişdirməyə məcbur edən şey bu idi. Code Academy-yə qoşuldum.3 ay ərzində öyrənib bilməli olduğumuz şeylərin özülünü bizə verdi.Proqramlaşdırma barədə düşüncəmi dəyişməkdə çox böyük köməyi oldu.ASAN Xidmətə gələndən sonra real, böyük proyektlərə girdim.

Adım Pərvizdir. Biznesin Təşkili və İdarəedilməsi Fakultəsini bitirmişəm. Universitet oxuduğum müddətdə mən şəkil çəkməklə məşğul olmuşam. Sadəcə hobbi olaraq getdiyim yerləri, gördüyüm mənzərələri, insanların şəklini çəkirdim. Çox istəyərdim ki, o sahə üzrə bir iş tapım özüm üçün gələcəkdə. İş tapa bilmirdim. Code Academy-yə qoşuldum.Gəlməsə idim, komanda ilə birgə işləməyi bilməyəcəkdim. Sistem şəklində işləyə bilməyəcəkdim. Sadəcə olaraq ordan bir az, burdan bir az… Amma Code Academy-də tamam hər şey fərqli idi. Gündəlik olaraq fərqli-fərqli dərslər keçirilirdi ardıcıl. Bu bizim öyrənməyimizdə çox mühüm rol oynadı.İş təklifi gəldi. Code Academy-dəki müəllimlərin məsləhəti ilə başladım burda işləməyə. Yəni bir insan nə qədər yaxşı ola biləcəksə, o qədər yaxşıyam.

#GələcəkBurada
#CodeBurada
#DizaynBurada
#UğurHekayəsiBurada

 

Müəllimlərimiz

SUALINIZ VAR? GƏLİN, GÖRÜŞƏK

Sualınız var?

Gəlin görüşək!

Formu dolduraraq qeydiyyatdan keçin, əməkdaşlarımız sizinlə qısa zamanda əlaqə saxlayacaq

Məsələn John Doe
Tədris proqramını seçin
  • Qrafik və Veb Dizayn
  • Digital Marketinq
  • Proqramlaşdırma
  • Sistem Administratorluğu
  • MS Office
  • 3D Modelləşdirmə və Vizualizasiya