Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə (+994 12) 310 0113

Ceyhun

Abdullayev

Dizayn

Müəlliminizi siz də tanıyın

sep-line
Naxçıvan Dövlət Universitetinin Dünya İqtisadiyyatı məzunu Ceyhun Abdullayev təhsil aldığı müddətdə Motion Design-a hədsiz marağı olub. Bu səbəbdən bu sahəni ikinci peşəsi kimi hazırlaşmağa başlamışdır. 2017-2018 ci illərdə qlobal şirkət olan Lemon Digitals ilə freelance Motion Designer kimi işləmişdir. Buradaki fəaliyyəti dövründə KFC, AI Crypro kimi şirkətlər üçün izahedici videoların hazırlanmasında iştirak etmişdir. Həmçinin, freelance olaraq Rabitəbank, ABB, CİB, MigrationPro kimi bir çox yerli şirkətlər üçün izahedici videoların hazırlanmasında bir başa iştirak etmiş və layihlərə rəhbərlik etmişdir. 10 ilə yaxın Motion Dizayn təcrübəsinə sahib olan Ceyhun müəllim hal-hazırda PeopleBrand şirkətində Art Director olaraq fəaliyyət göstərir. Bu şirkətin daxilində P&G (Ariel, Fairy, Pantene, Gillete) və WPM (West product marketing) kimi qlobal şirkətlər ilə işləmiş və televiziyaların reklam layihələrinin hazırlanmasını təmin etmişdir.

Ceyhun müəllim 2021-ci ildən etibarən Code Academy komandasında 2D Motion Dizayn tədrisi ilə məşğuldur.

Tədris etdiyi proqramlar

Fərdi

2D Motion Dizayn

135

saat

|

Campus | Online Campus

2D Motion Dizayn – Qrafik elementlərin hərəkətləndirilmiş, yəni animasiya olunmuş formasıdır. Başqa sözlə, onun köməyi ilə qrafik elementlər hərəkətə gətirilir, statik dizayndan dinamik dizayna keçid edilir. 2D Motion Dizayn Qrafik Dizayn və Animasiyanı düzgün yollarla birləşdirərək yaradılan görüntü texnikasıdır. Bu texnika ilə vizual kontentləri canlandırmaq mümkündür. Artıq insanlar məlumatları oxumaqdansa, zövqlə, cəlbedici formada hazırlanmış animasiyaları […]​

sualın var?

gəl görüşək!

Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.