Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə (+994 12) 310 0113

Fariz

Əsədov

IT və Kiber Təhlükəsizlik

IT Helpdesk
Azərbaycan Texniki Universiteti

Müəlliminizi siz də tanıyın

sep-line
Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat fakultəsi üzrə bakalavr pilləsi məzunu Fariz Əsədov hal-hazırda Azərbaycan Texniki Universitetində (AzTU) Komputer Mühəndisliyi ixtisası üzrə magistr təhsili alır. Oxuduğu illər ərzində universitetlər arası birçox debat tədbirlərində uğurlu nəticə əldə edərək müvafiq dərəcələrə layiq görülən Fariz 2018-ci ildə Code Academy-nin Sistem Administratorluğu tədris proqramını uğurla bitirdikdən sonra həmin ixtisas üzrə mentor olara fəaliyyət göstərmişdir. Paralel olaraq İT mütəxəssis vəzifəsində təcrübəçi olaraq işləyərək öz bilik və bacarıqlarımı artırmışdır. 2020-ci ildə İT mütəxəssisi, 2021-ci ildən etibarən isə Junior Sistem Administratoru vəzifəsinə yüksəlmişdir. Həmçinin, Fariz Microsoft Technology Associate (MTA), Microsoft Certified Systems Engineer (MCSE), Cisco Certified Network Associate (CCNA) kimi vacib sertifikatların sahibidir. O, 2021-ci il sentyabr ayından Azərbaycan Texniki Universitetində müəllim köməkçisi və dekabr ayından etibarən isə IT Helpdesk müəllimi olaraq fəaliyyət göstərir.

Tədris etdiyi proqramlar

sualın var?

gəl görüşək!

Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.