Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə (+994 12) 310 0113

Nəriman

Əliyev

Müəlliminizi siz də tanıyın

sep-line
Nəriman 2010-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasının İnformasiya Proseslərinin Avtomatlaşdırılması fakültəsini bitirmişdir. Universitetdə oxuduğu müddətdə müxtəlif müəssisələrdə IT mütəxəssisi kimi işləmişdir. Professional karyerasına Bakcell şirkətində Şəbəkə mühəndisi olaraq başlayan Nəriman bir müddət sonra ADA Universitetində Baş Şəbəkə mühəndisi və Şəbəkə infrastrukturunun idarə edilməsi şöbəsinin müdiri olaraq davam etdirmişdir. 2015-ci ildə Sabancı Universitetinin Professional IT magistr proqramına daxil olmuş, 2016-cı ildə təhsilini tamamlayaraq Azərbaycana qayıtmışdır. 2016-2020-ci illərdə müxtəlif müəssisələrdə IT Menecer, IT infrastuktur departamentinin rəhbəri və IT layihə rəhbəri olaraq işləmişdir. Nəriman həmçinin 2020-ci ildən bəri IT işləri üzrə məsləhətçi və ADA universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsində müəllim olaraq fəaliyyətinə davam edir. Bundan əlavə, hobbi olaraq başladığı Audio/Video sistemləri işini böyüdərək müxtəlif müəssisələrdə Audio/Video sistemlərinin layihələndirilməsi və quraşdırılması ilə də məşğul olmuşdur. 1 yanvar tarixindən etibarən isə akademiyamıza Kiber Təhlükəsizlik üzrə menecer olaraq qoşulmuşdur.

Tədris etdiyi proqramlar

Fərdi

Kiber Təhlükəsizlik

|

Campus

Virtual dünyada var olmaq artıq məlumatlarımızın təhlükəsizliyini qorumağı bizdən tələb edir. İstər fiziki şəxslər, istərsə də bizneslər texnologiyanın gətirdiyi üstünlüklərlə daxili və xarici kiber hücumlardan özlərini müdafiə etməyə çalışırlar. Bu hücumlardan qorunmaq, məlumatların təhlükəsizliyini təmin etmək üçün isə kiber təhlükəsizlik mütəxəssislərinə ehtiyac duyulur.​

sualın var?

gəl görüşək!

Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.