Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə (+994 12) 310 0113

Natiq

Zeynalzadə

Müəlliminizi siz də tanıyın

sep-line
Natiq 2020-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kompüter mühəndisliyi ixtisası üzrə bakalavr pilləsini bitirmişdir. Daha sonra 2022-ci ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Code Academy-də həyata keçirilən “Technest” təqaüd proqramının Kiber Təhlükəsizlik tədrisi üzrə qalib olmuş və uğurla tamamlamışdır. Natiq hazırda ADA Universiteti və universitet nəzdində fəaliyyət göstərən “Qazax Müəllimlər Seminariyası”, “Ədibin Evi”, “İçərişəhər Muzeyi”, “İtaliya-Azərbaycan” Universitetində aparıcı şəbəkə mühəndisi kimi işləyir. O, həmçinin frilanser olaraq İT/Şəbəkə/Kiber Təhlükəsizlik sahələrində mühəndis kimi fəaliyyət göstərir. Natiq 5 avqust 2023-cü il tarixindən etibarən isə akademiyamızda Kiber Təhlükəsizlik üzrə instruktor olaraq fəaliyyətini davam etdirir.

Tədris etdiyi proqramlar

Fərdi

Kiber Təhlükəsizlik

|

Campus

Virtual dünyada var olmaq artıq məlumatlarımızın təhlükəsizliyini qorumağı bizdən tələb edir. İstər fiziki şəxslər, istərsə də bizneslər texnologiyanın gətirdiyi üstünlüklərlə daxili və xarici kiber hücumlardan özlərini müdafiə etməyə çalışırlar. Bu hücumlardan qorunmaq, məlumatların təhlükəsizliyini təmin etmək üçün isə kiber təhlükəsizlik mütəxəssislərinə ehtiyac duyulur.​

sualın var?

gəl görüşək!

Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.