Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə (+994 12) 310 0113

Tahir

Yaqubov

Müəlliminizi siz də tanıyın

sep-line
Tahir 2023-cü ildə Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi fakültəsinin bakalavr pilləsini bitirmişdir. Hazırda Odlar Yurdu Universitetinin Kompüter mühəndisliyi ixtisası üzrə magistratura təhsili alır. Universitet illərində Azərbaycan Respublikası Təhsil İnstitutunun təşkil etdiyi ”İnformasiya təhlükəsizliyinə giriş” təlimində iştirak etmişdir. Tahir 2021-ci ildə Kapital Bankda 3 ay təcrübə keçmiş, təcrübə proqramını bitirdikdən sonra “BNB Security Alliance” şirkətində informasiya təhlükəsizliyi mühəndisi vəzifəsində işləməyə başlamışdır. Hazırda “Azercell Telecom” şirkətində İnformasiya təhlükəsizliyi mühəndisi olaraq fəaliyyət göstərir. 26 avqust tarixindən etibarən isə akademiyamıza Kiber təhlükəsizlik üzrə instruktor olaraq qoşulmuşdur.

Tədris etdiyi proqramlar

Fərdi

Kiber Təhlükəsizlik

|

Campus

Virtual dünyada var olmaq artıq məlumatlarımızın təhlükəsizliyini qorumağı bizdən tələb edir. İstər fiziki şəxslər, istərsə də bizneslər texnologiyanın gətirdiyi üstünlüklərlə daxili və xarici kiber hücumlardan özlərini müdafiə etməyə çalışırlar. Bu hücumlardan qorunmaq, məlumatların təhlükəsizliyini təmin etmək üçün isə kiber təhlükəsizlik mütəxəssislərinə ehtiyac duyulur.​

sualın var?

gəl görüşək!

Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.