Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə (+994 12) 310 0113

Vüsalə

Ələkbərova

Müəlliminizi siz də tanıyın

sep-line
Vüsalə 2023-cü ildə Bakı Ali Neft Məktəbinin İnformasiya Təhlükəsizliyi ixtisasının bakalavr pilləsini bitirmişdir. O, Elm və Təhsil Nazirliyi və ARTİ tərəfindən təşkil olunmuş “Kiber Təhlükəsizliyə Giriş” təlimini ən çalışqan tələbə olaraq bitirmişdir. CERT.gov.az və Kapital Bankın SmartIT şirkəti ilə birgə təşkil etdiyi CTF (Capture The Flag) yarışlarında 3-cü yeri tutmuşdur. Bundan başqa, Vüsalə 2022-ci ildə Cənubi Koreyada keçirilən qlobal “Worldskills” müsabiqəsində kiber təhlükəsizlik istiqaməti üzrə Azərbaycanı təmsil etmişdir. O, “Azerconnect” şirkətində İnformasiya təhlükəsizliyi üzrə 6 ay təcrübə keçmiş, hazırda isə “Unibank” şirkətində Kiber təhlükəsizlik üzrə aparıcı mütəxəssis vəzifəsində fəaliyyət göstərir. 3 İyun 2023-cü il tarixindən etibarən akademiyamıza Kiber Təhlükəsizlik üzrə instruktor olaraq qoşulmuşdur.

Tədris etdiyi proqramlar

Fərdi

Kiber Təhlükəsizlik

|

Campus

Virtual dünyada var olmaq artıq məlumatlarımızın təhlükəsizliyini qorumağı bizdən tələb edir. İstər fiziki şəxslər, istərsə də bizneslər texnologiyanın gətirdiyi üstünlüklərlə daxili və xarici kiber hücumlardan özlərini müdafiə etməyə çalışırlar. Bu hücumlardan qorunmaq, məlumatların təhlükəsizliyini təmin etmək üçün isə kiber təhlükəsizlik mütəxəssislərinə ehtiyac duyulur.​

sualın var?

gəl görüşək!

Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.