Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə (+994 12) 310 0113

Qumral

Əsgərzadə

Baş Məhsul Dizayneri
PASHA Bank

Müəlliminizi siz də tanıyın

sep-line
Qumral Dizayn sahəsinə 2017-ci ildə Code Academy-nin Qrafik və Veb Dizayn tədrisini bitirməklə başlayıb. Məzun olmadan Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən məktəbəqədər hazırlıq mərkəzində Junior Veb dizayner kimi, 2018-ci ildən isə 2 il müddətində ilk olaraq Junior dizayner, daha sonra Aparıcı Veb dizayner olaraq Safaroff Creative Agentliyində işləmişdir. Buradaki fəaliyyəti müddətində Qumral MilliÖn, BOS Shelf, ADRA, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Absheron Logistics Center, Central Baku, Grape and Wine Festival, Museums of Azerbaijan və Koronovirusinfo.az kimi saytların UI dizaynını hazırlamışdır. 2020-ci ildən etibarən PAŞA Bankda ilk olaraq UX üzrə mütəxəssis, 2022-ci ildən isə Baş Məhsul Dizyner kimi fəaliyyət göstərir. Bu illər ərzində PAŞA Bankın Miles&Smiles kartları, Əməkhaqqı layihəsi, Biznes kartlar və POS-terminallarım məhsul dizayneri olaraq fəaliyyət göstərmişdir. Həmçinin, 2021-ci ildə İkinci Qarabağ müharibəsi zəfərinə həsr olunan “Qarabağ” kartlarınının da məhsul dizayneri olmuşdur. Hal-hazırda PAŞA Bankın ümumi Dizayn komandasının Baş Məhsul Dizayneri vəzifəsini də icra edir. Qumral akademiyamızda keçirilən Müəllim Yetişdirmə Proqramından uğurla məzun olaraq bir müddət müəllim köməkçisi kimi işləmişdir. İyul ayından etibarən isə artıq UX/UI Dizayn üzrə instruktor kimi fəaliyyətinə davam edir.

Tədris etdiyi proqramlar

Fərdi

UX/UI Dizayn

240

saat

|

Campus

Hazırda dünyada tələb olunan sahələrdən biri kimi UX/UI Dizayn əsasən insanların gündəlik həyatında yaşadığı təcrübənin mükəmməlləşdirilməsi və rahatlaşdırılmasına yönəlib. Bu isə öz növbəsində ətrafımızda olan digital və ənənəvi məhsulların, xidmətlərin, həmçinin bizneslərin inkişafına birbaşa müsbət təsir deməkdir. UX/UI Dizaynerin əsas vəzifəsi istifadəçini hər zaman prosesin mərkəzində saxlayaraq onun bizneslə təmas nöqtələrini dərindən araşdırmaq, istifadəçinin qarşılaşdığı […]​

sualın var?

gəl görüşək!

Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.