Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə (+994 12) 310 0113

UX/UI Dizayn

#DizaynBurada

UX/UI Dizayn

#DizaynBurada

UX/UI Dizayn Nədir?
Hazırda dünyada tələb olunan sahələrdən biri kimi UX/UI Dizayn əsasən insanların gündəlik həyatında yaşadığı təcrübənin mükəmməlləşdirilməsi və rahatlaşdırılmasına yönəlib.

Bu isə öz növbəsində ətrafımızda olan digital və ənənəvi məhsulların, xidmətlərin, həmçinin bizneslərin inkişafına birbaşa müsbət təsir deməkdir.

UX/UI Dizaynerin əsas vəzifəsi istifadəçini hər zaman prosesin mərkəzində saxlayaraq onun bizneslə təmas nöqtələrini dərindən araşdırmaq, istifadəçinin qarşılaşdığı çətinlikləri anlamaq, tövsiyələrini dinləmək və nəticədə istifadəçi təcrübəsini müxtəlif üsullarla asanlaşdırmaqdır.

Bu məqamları nəzərə alaraq Code Academy-nin UX/UI Dizayn tədris proqramı qabaqcıl beynəlxalq təcrübələri nəzərə alaraq praktiki tapşırıqlar əsasında hazırlanmışdır.

Kimlər üçündür?

Code Academy-nin UX/UI Dizayn tədris proqramında iştirak etmək üçün dizayn ixtisası üzrə ali təhsilli olmaq tələb olunmur.

Tədris proqramında iştirak etmək istəyənlərin UX/UI, digital məhsul və xidmət dizaynına maraqlı olmaları, bu sahədə öz biliklərini artırma istəklərinin və ya karyera qurma hədəflərinin olması gözlənilir.

tədris

proqramı

Məqsəd UX/UI Dizayn sahəsində karyeraya başlamaq istəyən və fəaliyyət göstərən insanları sektorun ehtiyaclarına uyğun peşəkar olaraq yetişdirməkdir.
İstifadəçi təcrübəsi nədir, bu sahəni tətbiq edən dizaynerə lazım olan bacarıqlar və alətlər. UX-in biznesə qatdığı dəyər, məhsul və servis dizaynı anlayışı. Agile yanaşma, istifadəçi yönümlü dizayn və Dizayn Düşüncə (Design Thinking) yanaşmasının tətbiqi.
Digital məhsul ideyasının fərziyyə üzərindən araşdırılması, məhşur mental modellər, empati quraraq istifadəçi kütləsinin və müştəri yolu xəritəsinin (Customer Journey Map) formalaşması. Sorğu anketlərinin hazırlanması və anket görüşlərinin keçirilməsi. Digital məhsulun informasiya arxitekturası, müştəri yolu (User Flow), kağız prototiplərin qurulması və testinqlə yoxlanılması. UX portfolionun hazırlanması.
İnterfeys nədir və məqsədi nədir, fərqli növləri, yaxşı və pis interfeyslərin nümunələri. İnterfeyslərin keyfiyyətinin ölçülmə meyarları. Moodboard və əsas trendlər. Figma alətinin əsas funskionallığı.
Dizaynın təməl bilikləri, kompozisiya və Gestalt prinsipləri. Modul şəbəkəsi və adaptiv dizaynın qurulma qaydaları. Veb tipoqrafika, rəng, kontrast və rəng trendləri haqqında. Wireframe və prototiplərin gətirdiyi dəyər və formalaşması.
İstifadəçi interfeysi daxilində istifadə olunan elementlərin birləşərək səhifə halına gətirilməsi. Dizayn prosesini rahatlaşdırmaq və sürətləndirmək üçün dizaynın sistemləşdirilməsi (UI Kit, Atomic Design, Design System). Figma üzərindən tipoqrafik stillər və komponentlərin qurulması. Fiziki məhdudiyyəti olan insanlar üçün interfeyslərin hazırlanması qaydaları. Apple üçün “Human Interface Design” və “Material design” qurulma prinsipləri. “Figma” aləti üzərindən interaktiv prototiplərin hazırlanması və animasiyası.
Hazırlanmış işin mühəndislərə düzgün qaydada ötürülməsi və növbəti addımların izlənilməsi.
İstifadəçi təcrübəsinə bağlı olan, izlənilməsi və ölçülməsi mütləq olan metriklər.
UX/UI dizaynerin analitika üzrə diqqət yetirməli olduğu məqamlar. Məhsul dizaynının gətirdiyi dəyərin izlənilməsi.

bizim

müəllimlər

Ceyhun Bəxtiyarov

Qumral Əsgərzadə

Vilayət  Müslümzadə

Fuad Hüseynov

Vüsal Əzizov

Knyaz Yaqubov

tədris üzrə

sertifikatlar

Qəbul

prosesimiz

Qəbul prosesimiz aşağıdakı addımlardan ibarətdir. Biz təkcə tələbələri qəbul etmirik. Akademiyamızda hüquqşünas, rəssam, mühasib, bioloq və bir çox fərqli sahələrdən olan şəxsləri bir araya toplayan zəngin bir təhsil mühiti yaratmışıq. Karyeranızı bizimlə birgə dəyişmək üçün istəkli olmağınız kifayətdir.
muraciet

Onlayn müraciət et

Saytımızdan onlayn formu dolduraraq Proqram Məsləhətçisi ilə görüş təyin et.

proqram-meslehet

Proqram Məsləhətçisi ilə görüş

Görüş zamanı akademiyada tədris şəraiti ilə əyani tanış ol, şərtlər haqqında detallı məlumat al və mütəxəssis ilə görüşüb suallarına cavab tap.

odenis-novu

Ödəniş növü və dərs vaxtını seç

Seçimlərinə bağlı olaraq tədrisin müddəti  qrafiki ilə tanış ol, qiymətini öyrən.

imtahan

İmtahanda iştirak et

İmtahan zamanı bugünə kimi olan komputer və ingilis dili biliklərin yoxlanılacaq. Uyğun balı topla və birbaşa tədrisə keç.

qeydiyyat

Qeydiyyatdan keç

Özünüzə uyğun ödəniş növünü seçərək qeydiyyat sənədlərini tamamla.

tədrisin

formaları

sep-line

Campus

Tələbələrimiz akademiyaya gələrək dərslərdə birbaşa iştirak edib tədrisə yiyələnə bilərlər.

Növbəti

başlayacaq qruplar

18 May

UX/UI Dizayn

həftə sonu

Saat:

15:30-20:15

Tədris forması:

Campus

24 İyun

UX/UI Dizayn

I-IV günlər

Saat:

9:00-12:45

Tədris forması:

Campus

sualın var?

gəl görüşək!

Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.

Hazırda dünyada tələb olunan sahələrdən biri kimi UX/UI Dizayn əsasən insanların gündəlik həyatında yaşadığı təcrübənin mükəmməlləşdirilməsi və rahatlaşdırılmasına yönəlib.

Bu isə öz növbəsində ətrafımızda olan digital və ənənəvi məhsulların, xidmətlərin, həmçinin bizneslərin inkişafına birbaşa müsbət təsir deməkdir.

UX/UI Dizaynerin əsas vəzifəsi istifadəçini hər zaman prosesin mərkəzində saxlayaraq onun bizneslə təmas nöqtələrini dərindən araşdırmaq, istifadəçinin qarşılaşdığı çətinlikləri anlamaq, tövsiyələrini dinləmək və nəticədə istifadəçi təcrübəsini müxtəlif üsullarla asanlaşdırmaqdır. Bu məqamları nəzərə alaraq Code Academy-nin UX/UI Dizayn tədris proqramı qabaqcıl beynəlxalq təcrübələri nəzərə alaraq praktiki tapşırıqlar əsasında hazırlanmışdır.