Vilayət 2020-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qrupları üzrə Maliyyə ixtisasını, 2022-ci ildə isə həmin universitetin Biznesin İdarə edilməsi üzrə magistr pilləsini bitirmişdir. O, Code Academy-də 2018-ci ildə Proqramlaşdırma tədrisi üzrə təhsil almağa başlamışdır, lakin dizayn sahəsinə daha çox həvəsi olduğunu hiss etmiş və Qrafik Dizayn tədrisinə yazılmışdır. Tədrisi Yüksək Şərəf diplomu ilə bitirdikdən sonra mentor kimi fəaliyyətə başlayan Vilayət mentor olduğu müddətdə paralel olaraq shop.az, Fooderos və bir neçə proyektlərdə freelance olaraq işləmişdir. Daha sonra 2019-cu ilin payızında ölkəmizin top startaplarından hesab olunan Nextsale komandasına qoşulmuş, bir müddət işlədikdən sonra karyerasına “Safaroff” kreativ agentliyində davam etmişdir. Orada işlədiyi müddətdə İqtisadiyyat Nazirliyi, Hərbi Qənimətlər Parkı, Glo, Caspi Mall, Azpromo, Antiinhisar, Baku Airport, Expo 2020 Azerbaijan, Bülbülün Şuşa ev muzeyi və bir neçə məşhur layihələrin UX/UI dizayneri olaraq fəaliyyət göstərmişdir. 2021-ci ilin sentyabr ayında Azərbaycan Beynəlxalq Bankında UX/UI dizayner olaraq işə başlayan Vilayət, həmçinin, 2022-ci ilin əvvəlində dostu ilə birlikdə qurduqları “Enjooy” adlı qlobal startaplarına SABAH.lab və Elm və Təhsil Nazirliyi tərəfindən 25.000 AZN investisiya cəlb edə bilmişdir. 2022-ci ilin aprel ayından etibarən Code Academy-də UX/UI tədrisi üzrə müəllim köməkçisi olaraq işə başlamış, 1 oktyabr tarixindən etirabən isə instruktor kimi fəaliyyətinə davam edir.