KARYERANI YÜKSƏLT

Təqaüd Proqramı
müraciət et

Technest Təqaüd Proqramı haqqında

İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyi ilə Code Academy karyerasını daha da inkişaf etdirərək iş həyatında yüksəlmək istəyən şəxslər üçün Karyeranı Yüksəlt adlı təqaüd proqramına start verir. Bu təqaüd proqramı çərçivəsində IT sektorunda geniş iş imkanları olan 7 sahə üzrə tədris keçiriləcək. Karyerasının ilkin mərhələsində olan şəxslər tədrisə qoşulmaqla, bilik və bacarıqlarını artıraraq əmək bazarında daha yaxşı iş imkanı əldə edə biləcəklər. Technest layihəsi çərçivəsində həyata keçirilən bu proqrama qoşulan hər kəs 70% təqaüd qazanacaq. Təqaüd proqramından ümumilikdə 105 nəfər faydalana biləcək.

Tədrisə kim qoşula bilər?

Hər sahə üzrə tədrisə 18-30 yaş arasında və müvafiq sahə üzrə 1 il iş təcrübəsi olan və ya sahə üzrə bilik və bacarığını təsdiq edən sertifikatı olan şəxslər müraciət edə bilər. IT əmək bazarında başlanğıc mərhələdə olan şəxslər bu tədrisi bitirdikdən sonra karyeralarını daha yüksək pilləyə qaldıra biləcəklər.

İş zəmanəti

Tədrisi bitirən iştirakçıların minimum 70%-i həm tədris zamanı, həm də tədris sonrasında təşkil olunacaq karyeraya dəstək fəaliyyətləri və Code Academy-nin Talant Mərkəzinin işə istiqamətləndirmə xidmətləri ilə işlə təmin olunacaqlar.

Tədrisin müddəti

Tədris sahədən asılı olaraq həftəiçi hər gün olmaqla, 3 ay müddətində Azərbaycan və Türkiyədən dəvət edilmiş ekspertlər tərəfindən keçiriləcək.

Tədris
Proqramları

Advanced Back-End Development (Java)

OOP-də təcrübəsi olan, istənilən development platformasında tətbiq hazırlamış şəxslərin Java SE ilə masaüstü, veb və mobil tətbiqlərin backend həllərini inkişaf etdirə bilməsini hədəfləyir.\n

ətraflı məlumat və kurikulumu yüklə
Advanced Back-End Development (.Net)

Başlanğıc səviyyədə kod yaza bilən, orta səviyyədə .Net biliyi olan şəxslərin, .Net Core ilə tətbiq hazırlama prosesini, həmçinin data baza və server mövzularında bilik sahibi olmalarını və veb-sayt arxitekturasını hazırlayıb, layihəni tamamlaya bilmələrini hədəfləyir.

ətraflı məlumat və kurikulumu yüklə
Mobile App Development

Mobil App Development tədrisinin məqsədi, iştirakçıların Android və IOS əməliyyat sistemləri üzərində, React Native və Node.js ilə tətbiq hazırlanmasından, tətbiqin yüklənilməsinə və store-larda yerləşdirilməsinə qədər olan prosesi öyrənməlidir.

ətraflı məlumat və kurikulumu yüklə
Advanced Front-End Development

Başlanğıc səviyyədə HTML və Jscript bilən, eyni zamanda OOP təcrübəsi olanların advanced səviyyədə jQuery, Bootstrap, TypeScript, ReactJS və kitabxana istifadəsi kimi mövzuları əhatə edir. Bu tədris proqramı ilə iştirakçılar, JavaScript wireframe ilə yanaşı HTML5 ve CSS3 istifadə edərək, veb tətbiq hazırlaya bilərlər.

ətraflı məlumat və kurikulumu yüklə
Advanced UX/UI

Dizayn sahəsində təcrübəli şəxslərin layihələrin hazırlanma prosesinin UX/UI prinsiplərinə uyğun olaraq təşkil edilməsini təmin edən peşəkarlar olmasını hədəfləyir.

ətraflı məlumat və kurikulumu yüklə
Data Science

Dövrümüzün ən aktual və önəmli sahələrindən olan data elmi, böyük həcmli dataları analiz etməyi, bunlardan məntiqi və funksional nəticələr çıxarmağı hədəfləyir. Statistika, riyaziyyat, data analizi, maşın öyrənməsi, kompüter elmi və digər əlaqəli metodları bir yerdə toplayır. Bu tədrisin məqsədi bütün bu sahələrə hakim olan, data analizindən süni intellektə qədər həllər yarada biləcək peşəkarlar yetişdirməkdir.

ətraflı məlumat və kurikulumu yüklə
Cyber Security

Sistem və şəbəkə mövzularında bilik və təcrübə sahibi olanların şəbəkə, veb və tətbiq təhlükəsizliyi kimi önəmli mövzularda mütəxəssis səviyyəsinə çatmağını hədəfləyən proqramdır.

ətraflı məlumat və kurikulumu yüklə

Necə müraciət edə bilərsən?

Növbəti uğurlu tələbələrimizdən biri olmaq istəyirsənsə, 28 oktyabr 2022-ci il tarixinədək bu formu dolduraraq layihəyə qoşul!

Tez-tez verilən suallar

Dərslər offline şəkildə Code Academy-də keçiriləcək.

Bu proqramda iştirak edən 105 nəfərin hər biri 70% təqaüd əldə edəcək.

Dərslər Azərbaycan və Türkiyədən dəvət edilmiş ekspertlər tərəfindən keçiriləcək. Bu səbədən dərslər hər bir proqrama müvafiq azərbaycan və türk dilində olacaq.

Technest layihəsi çərçivəsində həyata keçirilən bu təqaüd proqramının bir çox tədris sahələrinə 18-30 yaş aralığında olan şəxslər müraciət edə bilər. Bəzi tədrislərdə, məsələn, data science üçün yaş həddi daha yuxarıdır.

Karyeranı Yüksəlt təqaüd proqramında iştirak üçün ən az 1 il iş təcrübəsinə və ya sahə üzrə sertifikatla təsdiq olunmuş bilik və bacarığa sahib olmaq mütləqdir.

Təqaüd proqramını uğurla bitirən iştirakçıların ən azı 70%-nin işlə təmin olunmasına dəstək göstəriləcək.

Proqram ümumilikdə 105 nəfəri əhatə edəcək. Hər tədris proqramında
maksimum 15 nəfərin iştirakı nəzərdə tutulub.

Təqaüd proqramında iştirak etmək üçün ən az orta səviyyədə (B2) ingilis dili biliyinə sahib olmalısınız.