GitHub

  • clock 4-5 dəq. oxuma vaxtı
  • clock

Code Academy GitHub Campus Proqramı çərçivəsində GitHub-la rəsmi əməkdaşlıq edir. Akademiyamız GitHub-ın regionda ilk və tək tərəfdaş olduğu təhsil mərkəzidir. GitHub Campus Proqramı üzv təşkilatların tələbə və müəllim heyətinə bir sıra üstünlüklər təklif edir.

Code Academy tələbələri GitHub Student Developer Pack vasitəsi ilə aşağıdakı imkanlardan faydalana bilərlər:
Canva kreativ platformasına bir illik pulsuz üzvlük, 25-dən çox Microsoft Azure bulud xidmətlərindən ödənişsiz istifadə imkanı, Name.com və ya Tech Domains kimi mənbələrdən pulsuz domain qeydiyyatını göstərə bilərik.

Əlavə olaraq GitHub Student Developer Pack-ə üzv olmaqla tələbələrimiz JetBrains, DataCamp, mongoDB, Blockchair və digər mənbələrdən də pulsuz yararlanmaq şansı qazanırlar.