Praktiki tədris
Dərs saatlarından əlavə təşkil edilən Lab günlərində instruktor və mentorla birlikdə keçirilən mövzuları praktika edəcəksən.
Buraxılış işi
Buraxılış işi Code Academy-dəki təhsilin yekun layihəsidir və gələcək həyatında çox önəmli rol oynayacaq.
Akademik transkript
Tapşırıq və layihələr instruktor tərəfindən yoxlanılır, qiymətləndirmə əsasında sənin bilik və bacarıqların müəyyənləşir.
Mentor sistemi
Akademiyada öyrəndiyin bilik və bacarıqları mentor sistemi ilə daha da möhkəmlənəcək.
Beynəlxalq sertifikat
Tədris proqramlarını uğurla başa vurduqda Code Academy diplomu və beynəlxalq sertifikat əldə etmək haqqı qazanacaqsan.
Təhsil lisenziyası
Elm və Təhsil Nazirliyi tərəfindən akkreditasiya olunmuş ilk əlavə təhsil müəssisəsiyik.
Tədris proqramı
150 saatTədris proqramı 2D Motion Dizayn sahəsində gələcək planlayanları və fəaliyyət göstərənləri sektorun axtardığı peşəkar mütəxəssislərindən birinə çevirməyə dəstək olacaq.
Sənə tədris olunacaq
1. İllustrasiya və statik Süni İntellekt istifadəsi
Bu modul illustrasiyaya həsr olunaraq Adobe Illustrator proqramının interfeysi, menyuları və alətlərinin istifadəsini, həmçinin rəng nəzəriyyəsi və Johannes Itten rəng çarxının tətbiqini əhatə edir. Tək və qradient rənglərlə işləmə, rəng paleti yaratma və rənglərin düzgün istifadəsi öyrədilir. Eyni zamanda bu modula süni intellekt vasitəsilə illustrasiya və real vizualların hazırlanması, eləcə də Adobe Photoshop proqramında işləmə bacarıqları da əlavə olunmuşdur.
2. After Effects ilə tanışlıq
Bu modul Adobe After Effects proqramı ilə tanışlığı əhatə edir. Tədris müddətində proqramın interfeysi, əsas transform parametrləri (Position, Scale, Rotation, Opacity), maskalarla işləmə, səhnə (composition) qurmaq və layerlərin Content hissəsinin strukturu və idarə olunması öyrədilir.
3. Hərəkətin fizikası və zamanlama
Bu modul Adobe After Effects proqramında Speed Graph mövzusuna həsr olunub. Tədris müddətində sürətin fizikasının məntiqi, elastik (ease, overshoot) və bounce hərəkət prinsipləri izah olunur. Həmçinin animasiyanı daha real və dinamik etmək üçün istifadə olunan bəzi pluginlərlə tanışlıq həyata keçirilir.
4. Stilləşdirmə və effektlər (Süni intellekt ilə musiqi)
Bu modul Adobe After Effects proqramında Layer Styles, Blending Mode, Adjustment Layer və Solid ilə işləmə prinsiplərini əhatə edir. Eyni zamanda daxili effektlərin tətbiqi öyrədilir. Stok resurslardan istifadə qaydaları və digər platformalar üzərindən material seçimi izah olunur. Modul çərçivəsində musiqi və səs effektləri ilə işləmə, həmçinin süni intellekt vasitəsilə musiqi yaradılması mövzularına da yer verilir.
5. Text animasiyası
Bu modul mətn animasiyasına həsr olunub. Tədris müddətində text animasiyası prinsipləri, Character panelinin funksiyaları, müxtəlif text reveal üsulları və lettering anlayışı izah edilir, praktik nümunələrlə tətbiq olunur.
6. Süni intellekt ilə animasiya və Morphing
Bu modul süni intellekt və morphing animasiyasına həsr olunub. Tədris müddətində AI vasitəsilə sıfırdan animasiya hazırlamaq prinsipləri öyrədilir, həmçinin Kling AI, Sora, Google Veo, Seedance və digər AI alətlərindən istifadə qaydaları izah olunur. Eyni zamanda morphing animasiyasının məntiqi və “Path to Path” üsulu ilə formaların bir-birinə keçidi praktik şəkildə tətbiq edilir.
7. Loqo animasiyası
Bu modul loqoların animasiya edilməsi mövzusuna həsr olunub. Tədris müddətində “Handwriting” üsulu ilə yazı effektinin yaradılması, animasiyanın 12 əsas prinsipi və loop (dövri) animasiya məntiqi izah edilir, praktik nümunələrlə tətbiq olunur.
8. Personaj animasiyası
Bu modul personaj animasiyasına həsr olunub. Tədris müddətində alternativ rigləmə üsulu (Face-rig) və bütün bədənin riglənməsi öyrədilir, personaj animasiyası prinsipləri, Explainer və Collage animasiya növləri, “frame by frame” texnikasının modern motion dizayna tətbiqi izah olunur. Həmçinin mini layihə çərçivəsində Explainer animasiya hazırlanması və təqdimatı həyata keçirilir.
9. UI animasiya və 3D
Bu modul UI animasiya, “SaaS” stilli animasiyalara və 3D-ə həsr olunub. Tədris müddətində Camera və Parallax stili, Adobe After Effects proqramında 3D elementlərin istifadəsi, Blender interfeysi və sadə istifadə qaydaları izah olunur. Həmçinin Blender və After Effects-in inteqrasiyası praktik şəkildə öyrədilir.
10. Video montaj
Bu modul videoların montajına həsr olunub. Tədris müddətində Tracking və Roto Brush texnikaları öyrədilir, həmçinin Adobe Premiere Pro interfeysi və videoların montajlanması prinsipləri izah olunur.
Gələcəyi inşa edənlər #məzunlarburada
Zenfira Sultanova
Motion Dizayner / Content Agency ASC
"Mənim fikrimcə Code Academy-nin fərqli bir aurası var. Ora düşdüyüm an özümü daha həvəsli və məqsədyönlü hiss edirəm. Bu isə məni yeni işlər görməyə daha da ilhamlandırır."
Aftandil Əliyev
Motion Dizayner / İnci Group LLC
"Code Academy mənim Motion Dizayn sahəsi üzrə ixtisaslaşmağımda böyük rol oynadı. Mən məqsədlərimdən birinə akademiya ilə çatdım. Sıra növbəti məqsədlərdədi."
Cavadxan Əliyev
Motion Dizayner / Animoore Studio
"İlk olaraq motion dizayn tədrisini bizə təmin etdiyinə görə Code Academy-ə və dəyərli biliklərini bizimlə paylaşdığı üçün Ceyhun müəllimə təşəkkür edirəm. Çünki Akademiya sayəsində hazırda Animoore Studiyasında Motion dizayner olaraq çalışıram."
Fərhad Atakişiyev
Qrafik Motion Dizayner / Evimiz
"İnstruktorların Akademiya təhsilini bitirdikdən sonra belə bizə daima dəstəyi, pozitif mühitin olması məni ən çox cəlb edən məqamlardan biridir. Code Academy həyatıma və karyerama rəng qatdı."
Əziz Həziyev
Motion designer / Artmood agency
"Code Academy-də Motion Dizayn məzunu olduğum üçün çox məmnunam. Bura mənim üçün bir tədris müəssisəsindən daha artığıdır. Karyera və şəxsi həyatımdakı bir çox yeniliyi Akademiyaya borcluyam. Yaxşı ki, yolum buradan keçib."
Sualın var?..
Gəl görüşək!
Bizimlə görüş təyin et, dərslərimiz, müəllimlərimiz və tədris prosesimizlə şəxsən tanış ol.
Hərəkətə buradan başlayanlar #MeetCodeEducator
#sertifikatburada (Code Academy)
2D Motion Dizayn tədris proqramını bitirdiyini təsdiq edəcək diplom və gələcək karyeranı qurmaqda sənə dəstək olacaq beynəlxalq sertifikat imtahanlarına giriş imkanı yaradırıq.
Tələbələrin işləri
Uğurlu tələbələrimizin işləri ilə tanış ola bilərsiniz.
Bizdən tez-tez soruşurlar
- Ümumi
- Akademiya
- Qəbul
- Qiymət və ödəniş
Code Academy nə ilə məşğuldur?
2015-ci ildə fəaliyyətə başlayan Code Academy yüksək texnologiyalar sahəsində təcrübəli mütəxəssislər hazırlayan tədris müəssisəsidir. Code Academy-nin məqsədi Azərbaycanda bu sahədə karyera qurmaq istəyənlərin potensialını dəyərləndirmək, fərdi və peşəkar inkişafı üçün onları lazımi məlumatlarla və praktiki vərdişlərlə təmin etməkdir.
Harada yerləşir?
Code Academy şəhərin mərkəzində, gediş-gəliş üçün ictimai nəqliyyat imkanlarının əlverişli olduğu bir məkanda, Nizami küçəsi 203B, AF Business House-un 2-ci mərtəbəsində yerləşir.
Hansı tədris proqramları mövcuddur?
Code Academy 10 tədris proqramı mövcuddur. Full stack back-end, Full stack front-end, Qrafik Dizayn və Vizual Kommunikasiyalar, UX/UI Dizayn, Digital Memarlıq və 3D, 2D Motion Dizayn, Digital Marketing, Kiber Təhlükəsizlik, Data Analitika və AI Powered Game Design.
Online tədrislər olur?
Bəli, Code Academy daxilində Digital Marketing, Full stack back-end, Full stack front-end və Digital Memarlıq və 3D tədris proqramları üzrə online tədris keçirilir. Tələbələr başlayacaq qruplara online formada sinifdaxili tələbələr ilə birlikdə dərsdə canlı şəkildə iştirak edirlər. Online qoşulan tələbələr tədris proqramının tərkib hissəsi olan ev tapşırıqları, quiz və test, kiçik və buraxılış layihələrini təhvil verib Code Academy-dən məzun ola bilərlər.
Dərs zamanı öz kompüterim olmalıdır?
Tədris zamanı mövzuların praktiki tətbiqinin dərhal həyata keçirilməsi üçün hər bir tələbə sinifdaxili kompüterlərlə təmin olunur.
Rus dilində dərslər var?
Akademiyada dərslər Azərbaycan dilində keçirilir.
Qeydiyyat neçə yaşdan aparılır?
Akademiyamızda qeydiyyat 15 yaşdan etibarən aparılır. Qeyd edək ki, yaş ortalaması tədris proqramlarından asılı olaraq dəyişir.
Qeydiyyat üçün nə zaman yaxınlaşa bilərəm?
Dərslərin başlama tarixi isə akademiya tərəfindən müəyyən edilir. Proqram məsləhətçiləri ilə danışdıqdan sonra, sizin üçün uyğun olan qrupa qeydiyyat aparılır.
Ali təhsilə ehtiyac var?
Code Academy-də təhsil almaq üçün ali təhsil vacib deyil. Tədris proqramına qatılan tələbələrin gələcəkdə mütəxəssis olmaq üçün istəkli olmaları kifayətdir.
İngilis dili vacibdir?
Digital Marketinq və Kiber Təhlükəsizlik tədris proqramları üçün ingilis dili biliyi vacibdir. Akademiya daxilində yalnız qeydiyyatdan keçən tələbələrimiz üçün yaradılan ingilis dili tədrisi ilə baza bilik çatışmazlığı təhsilin ilk aylarında aradan qaldırılır.
Tədris ödənişlidir?
Code Academy ödənişli xidmət göstərən bir tədris mərkəzidir. Tədris proqramının qiyməti tələbənin seçəcəyi ödəmə üsuluna, ödəmə şəklinə, seans seçiminə əsasən müəyyənləşdiyi üçün bu məlumatı proqram məsləhətçilərimiz görüş zamanı təqdim edir.
Niyə qiymət görüş zamanı deyilir?
Qiymət cədvəli ilə tanış olmaq üçün akademiyaya yaxınlaşaraq proqram məsləhətçiləri ilə görüşmək mümkündür. Görüş zamanı akademiyada dərslərin keçirilmə şəraiti, instruktorlar, təhsil modeli, kurrikulum, akademiyanın maddi texniki bazası və ümumi atmosferi ilə tanış ola biləcəksən. Yalnız bundan sonra namizəd bizimlə davam etmək istəyərsə qiyməti elan edirik və ona uyğun müvafiq ödəniş planını seçərək qeydiyyatdan keçir.
Zəmanət verilir?
Code Academy-nin Zəmanətli Təhsil Modeli ilə hər bir tələbəyə təhsilini təkrarlama imkanı verilir. 90% dərslərdə iştirak etməsinə baxmayaraq, tədrisi yetərincə mənimsəmədiyini düşünən məzunların təkrar təhsil alma hüququ var. İlk dəfə Code Academy-də tətbiq olunan bu sistem özünə tam inanan və sektorun tələblərinə hazır peşəkarlar yetişdirir.
Hansı ödəniş formaları mövcuddur?
Ödənişi hissəli və ya birbaşa şəkildə etmək mümkündür. Hissəli ödəniş 6-18 aylıq ödəmə şəklindədir. Qiymət seçdiyiniz ödəniş formasına görə müəyyənləşir.
Gələk əsas məsələyə…
Tədris proqramını tamamladıqdan sonra iş həyatına başlamağa tam hazır olursan. Sahə üzrə əməkhaqqı səviyyəsi belədir:
Junior Motion Designer
Təcrübə: 2 ilə qədər
15.600 AZN +
Middle Motion Designer
Təcrübə: 3 ilə qədər
30.000 AZN +
Senior Motion Designer
Təcrübə: 5 ildən çox