Məzunlarımız bizim dəyərlərimizdir

Code Academy yalnız tədris sahələri üzrə mütəxəssislər deyil həm də sektorun tələblərinə uyğun kadrlar yetişdirir.

people
company
people
company
people
company
people
company
people
company
people
company
people
company
people
company
people
company

Burada rəqəmlər danışır! #statistikaburada

No-1

Ölkəmizdə tələbə sayına görə ən böyük özəl tədris müəssisəsi

8,000+

Bu günə qədər olan tələbələrimizin sayı

82%

Hal-hazırda işləyən məzunlarımızın faizi

116

Akademiyamızda fəaliyyət göstərən pedaqoji heyətin sayı

#UğurHekayəsiBurada

Dizayn

Proqramlaşdırma

Digital Marketinq

IT və Kiber Təhlükəsizlik

Aynurə Mahmudova

Morpho reklam agentliyi

"İxtisas olaraq öncə proqramlaşdırmada qərarlaşmışdım çünki o da mənim böyük arzularımdan biri idi. Hər zaman proqramlaşdırma və dizaynı bir arada xəyal edirdim."...

Gülsüm Məmmədova

PAŞA Bank

"İlk dəfə Code Academy-ə gəldiyimdə, mühiti, əməkdaşları, müəllimlərini gördüm və qərara gəldim ki, burda oxumaq istəyirəm."...

Bahaddin Məmmədli

Havas Azerbaijan

"Burada həm təhsilin keyfiyyəti, həm də şərait insanı öyrənməyə vadar edir. Qısaca desəm, şəffaf, dolğun dərs planı, xoş münasibət və gözəl insanlar :) "...

Fatimə Əlizadə

Məhsul Dizayneri / ABB

"Code Academy karyera yolumda verdiyim ən doğru qərarlardan biridir. Peşəkar müəllimimdən əldə etdiyim bilik və təcrübələr bu yolda sürətli irəliləməyə və özümü daha da inkişaf etdirməyimə təkan verdi. Əlavə olaraq demək istərdim ki, səmimi mühit və xoş kollektiv sevdiyim nüanslardan idi."...

Səkinə İsmayılova

UX/UI Dizayner / PAŞA Bank

"Code Academy keyfiyyətli təhsili, stimulativ mühiti ilə yanaşı tələbələrinə geniş bağlantılar və inkişaf imkanları təqdim edir. Bu sayədə məzunlar karyerada uğura daha çox yaxınlaşır." ...

Lamiyə Hüseynova-Rüstəmli

Junior UX specialist / ABB

"İş sahəmi UX/UI dizayna dəyişmək qərarına gələndə tərəddüd etmədən Code Academy-ni seçdim və qərarımda yanılmadığımı elə ilk gündən hiss elədim. Tədris gözləntilərimi üstələdi, instruktorların yanaşması, motivasiyası isə qiymətsiz idi. Onlar dizaynı həqiqətən də sevdirə bildilər!" ...

Bəhruz Axundov

UI/UX designer / Guavapay Limited

"Code Academy-nin dizayn tədrisi möhtəşəm bir təcrübə idi və mənim yaradıcılığım üçün çoxsaylı dəyərli bacarıqlar əldə etməyimə və yeni dostlar tapmağa imkan yaratdı. Dizaynı öyrənmək istəyən hər kəsə məsləhət görürəm."...

Kamran Nadirov

UX/UI Dizayner / ABB

"Code Academy-də tədris mənim karyeramda dəyişiklik yaratdı. Müəllimlərin mükəmməl təcrübəsi və praktiki yanaşması sayəsində dizayn prinsipləri ilə tanış oldum. İndi bu bilikləri real iş mühitində tətbiq edirəm. İnkişafımda yaratdığı töhvələrə görə, Code Academy-ə təşəkkür edirəm!"...

Rima Əlizadə

Qrafik Dizayner / McCan

"Məqsədiniz varsa, arxasınca getmək lazımdır. Çünki zaman keçdikdən sonra başa düşürük ki, artıq başqa bir fürsətimiz yoxdur. Həqiqətən, çalışqan birisinizsə, bu yolu getməyə dəyər." ...

Turqay Qasımlı

Lead Product Manager / Yelo Bank

"Xoşbəxt insan sevdiyi işlə məşğul olandır. Sevdiyin işlə məşğulsansa, uğur qaçınılmazdır." ...

Şamxal Bayramov

Qrafik Dizayner/ Xəzər Media Mərkəzi

"Sevdiyin işi öyrənmək həmişə maraqlı və həyəcanverici olsa da, onu daha maraqlı edən bu yolda sənə yoldaş olan şəxslər və içində olduğun mühitdir. Bu məkan məhz Code Academy-dir."...

Ruqiyə Babayeva

Qrafik Dizayner / Code Academy

"Əsl uğur işə həvəslə yanaşmaq və həyatın hər anına yaradıcılıq gətirməklə mümkündür. Code Academy məqsədimə çatmağımda mənə lazımi bilik və bacarıqlar verərək, bu uğura nail olmağımda mühüm rol oynadı."...

Rəşad Qasımlı

Təsisçi, memar / Bakı Memalıq Layihələri

"Akademiyada təhsil mühiti ilə yanaşı isti ailə ortamı da mövcuddur. Barcode isə mənə ən doğma məkanlardan biridir. Çünki ilk interyer layihəm elə odur." ...

Şəlalə Mirzəyeva

İnteryer dizayner / Freelance

"İşimi çox sevirəm və mənə bu sevgini aşılayan isə məhz insturktorlarım və daha sonra akademiyadır. Mənim üçün yaxşı təcrübə və ixtisasımın uğurlu başlanğıcı oldu." ...

Nicat Əsgərov

Mebel dizayner / Mutfakçı

"Code Academy istər təhsil, istərsə də dünya görüşü baxımından həqiqətən bir məktəbdir. Həm iş, həm də şəxsi həyatımda müsbət mənada qatqıları çox oldu. Bunun üçün bütün akademiya ailəsinə və xüsusilə Pərvin İsmayılova dərin minnətdarlığımı bildirirəm." ...

Gülnarə Rüstəmova

Eksteryer dizayner / Macar Construction

"Code Academy sayəsində mən daha çox ilhamlandım və öyrəndim ki, hətta əsas ixtisasımdan kənarda da özümü uğurla inkişaf etdirə bilirəm. Şübhəsiz ki, akademiya mənim yeni cəhdlərim üçün düzgün qərar idi." ...

Cavadxan Əliyev

Motion Dizayner / Animoore Studio

"İlk olaraq motion dizayn tədrisini bizə təmin etdiyinə görə Code Academy-ə və dəyərli biliklərini bizimlə paylaşdığı üçün Ceyhun müəllimə təşəkkür edirəm. Çünki Akademiya sayəsində hazırda Animoore Studiyasında Motion dizayner olaraq çalışıram."...

Zenfira Abdullayeva

Motion Dizayner / Content Agency ASC

"Mənim fikrimcə Code Academy-nin fərqli bir aurası var. Ora düşdüyüm an özümü daha həvəsli və məqsədyönlü hiss edirəm. Bu isə məni yeni işlər görməyə daha da ilhamlandırır." ...

Fərhad Atakişiyev

Qrafik Motion Dizayner / Evimiz

"İnstruktorların Akademiya təhsilini bitirdikdən sonra belə bizə daima dəstəyi, pozitif mühitin olması məni ən çox cəlb edən məqamlardan biridir. Code Academy həyatıma və karyerama rəng qatdı."...

Aftandil Əliyev

Motion Dizayner / İnci Group LLC

"Code Academy mənim Motion Dizayn sahəsi üzrə ixtisaslaşmağımda böyük rol oynadı. Mən məqsədlərimdən birinə akademiya ilə çatdım. Sıra növbəti məqsədlərdədi."...

Əziz Həziyev

Motion designer / Artmood agency

"Code Academy-də Motion Dizayn məzunu olduğum üçün çox məmnunam. Bura mənim üçün bir tədris müəssisəsindən daha artığıdır. Karyera və şəxsi həyatımdakı bir çox yeniliyi Akademiyaya borcluyam. Yaxşı ki, yolum buradan keçib."...

Fərid Məmmədov

Betsson Group

"Təhsil müddəti bitmədən artıq yeni işə başlama şansım oldu və bu da yeni kariyeramda ilk addımım idi."...

Ağasəf Məmmədli

Xalq Bank

"Dostların tövsiyəsi ilə orduda xidmət etdikdən sonra proqramlaşdırma ilə məşğul olmağa qərar verdim. Proqramlaşdırma ilə məşğul olan tanışlarımın yanına dərs almağa başladım. Onlardan çox şey öyrəndim, amma həvəsim tez soyumağa başladı. Hətta proqramlaşdırmadan çıxdım və başqa sahəyə işləməyə ...

İrada Feyzullayeva

Software Developer / Freelancer

"Qarşına təkcə hədəf qoymaq və xəyal etmək kifayət etmir, nəaliyyətə çatmaq üçün hərəkətə keçməlisən. Beləcə Proqramlaşdırma biliyimi artırmaq üçün akademiyaya gəldim." ...

Rəsul Ağarzayev

Frontend mühəndisi / Gamesys, Estonia

"Akademiyadan ilk gözləntim yüksək səviyyəli təhsil, karyeramı bu sahə üzrə davam etdirmək və əhatəmi genişləmdirmək idi. Bunların hamısına nail ola bildim" ...

Yasin Uğur

Software engineer / AREALai, Türkiyə

"Code Academy-ə gəlməkdə əsas məqsədim karyerama tez zamanda başlamaq idi. Elə də oldu. Həm beynəlxalq Microsoft sertfikatının sahibi oldum, həm də məzun olduqdan qısa zaman sonra artıq işləməyə başladım."...

Nurlan Hüseynov

Development Team Lead / Kapital Bank

"Təhsilim müddətində səhhətimlə bağlı problemlər yaşadığım üçün son imtahandan kəsildim. Ancaq Code Academy-nin mənə təklif etdiyi Zəmanətli təhsil sayəsində yenidən tədrisə başladım və yüksək şərəf diplomu ilə bitirdim."...

Hürü İsmayılova

Digital Marketer / Google

"Code Academy-də aldığım biliklər iş prosesini mənim üçün asanlaşdırdı və digital marketing sahəsində istifadə oluna biləcək alətlər haqqında yeni məlumatlar verdi."...

Könül Həsənova

Performance Marketing Specialist / Bolt, Tallin

"Code Academy vasitəsilə digital marketing sahəsi ilə tanış olmağım “hansı sahə üzrə karyera qurmaq istəyirəm?” sualına dəqiq cavab tapmağıma səbəb oldu."...

Şəhla Orucova

Senior Digital Marketing Specialist / ABB

"Code Academy-də təhsil almaq qərarını verdiyimdə mənim üçün bu qədər vacib bir yer olacağını düşünməmişdim. Çünki zamanla akademiya, sadəcə, gəlib tədris alıb getdiyiniz bir yerdən bütün gününüzü keçirdiyiniz doğma bir məkana çevrilir. Bu da öz növbəsində yeni dostluqlar, əlaqələr yaradır....

Lalə Babaşova

Digital Marketing Specialist / Kazunion Turoperator Azerbaijan by Rustar

"Digital marketinqin sərhədsiz dünyasını kəşf etmək, bazarda olan böyük markaların hədəflərinin reallaşmasının bir parçası olmaq, hər gün yenidən yaşadığım həyəcanlı təcrübədir. Bu bənzərsiz təcrübədə ən böyük və ilk yol yoldaşım Code Academy olduğu üçün şanslıyam."...

Tomris Bədəlova

Digital Marketing Expert / Kapital Bank

"Code Academy-də aldığım təhsil nəinki mənə yeni biliklər, həmçinin, yeni iş, yeni insanlar qazandırdı və böyük imkanlar yaratdı! Bir sözlə, bir tədrisdən daha çoxu!"...

Yusif Cəfərzadə

Digital Marketing Specialist / HAVAS

"Həmişə yaşadığım dünyanın sərhədləri mənə maraqlı gəlib. Amma biraz təmbələm. Oturduğum yerdən öz dünyamı necə tanıya bilərəm?-deyə düşünəndə özümü Code-da tapdım. Oradakı təhsilim sayəsində indi dünya mənim əlimin altındadır. Sərhədləri özüm təyin edirəm."...

Qurban Şahinoğlu

Cyberpoint SOC

"Tədris mərkəninə yaxınlaşdıqda həddindən çox tələbənin olduğunu gördüm və düşündüm ki, bu qədər insan bir yerdə səbəbsiz ola bilməz. İlk olaraq tələbələrin ingilis dili biliklərinin hansı səviyyədə olduğunu ölçmək üçün testə cəlb olunduğunu görəndə artıq anladım ki, doğru yerdəyəm."...

Ramil Əyyubov

Guavapay

"Lotoreya idi. Sistem Administratorluğu ilə bağlı hər hansı bir anlayışım yox idi. Bəxtimi sınadım, həm bəxtimi, həm də akademiyanı :))"...

Vidadi Kərimov

Cyber Security Specialist / eManat

"Peşəkar instruktor heyətinin tətbiq etdiyi effektiv tədris metodu sayəsində qazandığım təcrübə və bilik hal-hazırki iş həyatımda müxtəlif kompleks problemlərin həll olunmasında mənə böyük dəstək olur."...

İsa Seyfullayev

Cyber Security Analyst / Caspian Innovation Center

"Technest təqaüd proqramı çərçivəsində Code Academy-nin elan etdiyi ilk Advanced Cyber Security qrupunun iştirakçısı və məzunlarından biri olduğum üçün çox şadam. Buradan qazandığım gözəl dostluqlar və karyeramda istifadə edə biləcəyim bilik və təcrübələr üçün minnətdaram."...

Fərrux Məmmədov

Penetration Tester / PAŞA Bank

"Fəxrlə bildirmək istərdim ki, mən də Akademiyamın Technest proqramı çərçivəsində açılmış ilk Advanced Cyber Security qrupunun məzunlarındanam. Tədris zamanı yarış tipli hücum strategiyaları planlayan komandanın tərkibində yer alaraq, bilik və bacarıqlarımı inkişaf etdirdim və bu gün ölkənin ən...

Mirmehdi İbrahimzadə

Incident Responder / Paşa Bank

"Sevinirəm ki, mən də 14 nəfərlə tədrisə başlayıb, yüksək nəticə ilə bitirən və ən qısa zamanda işə düzələn 13 nəfərdən biri oldum. Technest təqaüd proqramı çərçivəsində açılmış ilk Advanced Cyber Security qrupunun tələbəsi olaraq, kiber hücumlara qarşı müdafiə sistemlərinin təkmilləşdirilməsi,...

Nahid Aslanov

Cyber Security Analyst / Azercell

"Code Academy-də aldığım təhsilin karyerama müsbət təsirini ilk dəfə müsahibələr zamanı texniki suallara çox rahat doğru cavab verə bildiyim anda başa düşdüm. Sonrasında başladığım təcrübə proqramında öyrəndiyim bilikləri bir başa tətbiq etməyə başladığımı görəndə doğru yolda olduğuma əmin oldu...

Toğrul Hüseynli

Cyber Security Engineer / SmartIT

"Code Academy-də ilk olaraq Şəbəkə Administratorluğu, daha sonra isə Advanced Cyber Security üzrə aldığım tədrislər karyerama uğurlu başlanğıc etməyimdə birbaşa köməklik göstərdi. Bunun nəticəsi olaraq Kiber təhlükəsizlik sahəsində iştirak etdiyim ilk iş müsahibəsindən müsbət cavab aldım. dediy...

Fərid Həmzəyev

SOC Analyst / ABB

"İllər öncə kibertəhlükəsizliyə qarşı olan sevgim Code Academy-də reallaşdı. Burada, bir ailə mühitində karyera hədəflərimə doğru necə daha düzgün addımlar atmağı öyrəndim. İlk aylardan tələbələrin inkişafı üçün olan maraq və təşəbbüs dərin bir şəkildə hiss edilir. Çox sevinirəm ki, bu yolun ba...

Nicat Dadaşov

SOC Analyst / Kapital Bank

"Uzun müddət karyeramı bu sahə üzrə qurmağa çalışdım və artıq gecdir dediyim anda Code Academy-dən Kiber Təhlükəsizlik tədrisində təqaüdlə iştirak haqqı qazandım. Akademiyanın mənə öyrətdiyi ən böyük dərs "xəyallarına çatmaq istəyirsənsə, doğru zamanda doğru yerdə olmalısan" oldu. if ...

Məzunlarımız deyir...
people
play

Rima Əlizadə

people
play

Rəsul Ağarzayev

people
play

İradə Feyzullayeva

people
play

Rəşad Qasımlı

people
play

Qumral Əsgərzadə

people
play

Turqay Qasımlı

people
play

Nərmin Əlizadə

people
play

Nurlan Hüseynov

people
play

Jalə Həsənzadə

people
play

Bayram Camallı

img
Məzunlarımızın işlədiyi top şirkətlər

#məzunlarburada